Xeyriyyə gecəsinin ən parlaq obrazları – FOTOLAR
Bizi izləyin

Dəb

Xeyriyyə gecəsinin ən parlaq obrazları – FOTOLAR

Hər il “amfAR” xeyriyyə fondu Kann film festivalında AİDS-lə mübarizəyə həsr olunmuş möhtəşəm tədbir keçirir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu gözəl və təntənəli tədbirin açılışında qonaqlar arasında tanınmış Hollivud ulduzları, supermodellər, nüfuzlu iş adamları iştirak edib.

Qırmızı xalıda ilk gümüşü rəngli, möhtəşəm paltar geyinən Rozi Xantinqton-Uaytlı görünüb. İzalbel Qular, Ulyana Serqeyenko və İzabeli Fontana isə ağ və pastel çalarlarını seçib. İrina Şeyk, Adriana Lima, Alessandro Ambrosio, Nataşa Poli, Bella Hadid, Karli Kloss, Cordan Dan, Saşa Lus kimi modellər klassik, qara rəngli ziyafət libaslarına üstünlük verib. Gecənin əsas trendi sözsüz ki, dərin dekolte və yarıqlı qiyafələr olub.

Tədbirin daha bir diqqət çəkən məqamı yarımşəffaf, naxışlarla bəzədilmiş paltarlar olub. Məsələn, Lyuis Hemiltonla Şanel İman məhz belə paltar seçmişdilər. Ulduzların çoxu ağ və qara rəngə üstünlük verib, qırmızı, yaşıl və sarı kimi cəlbedici rənglər bir o qədər də nəzərə çarpmayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm