Kannın ən cəsarətli ziyafət libasları – FOTOLAR
Bizi izləyin

Dəb

Kannın ən cəsarətli ziyafət libasları – FOTOLAR

Ayaqları uzun göstərməyin ən sadə üsulu dərin yarıqdır. Ümumiyyətlə, yarıq güclü silahdır. Çünki istənilən kişini yoldan çıxara bilər. Hollivud ulduzları illərdir ki, onun köməyi ilə mətbuatda bomba effekti yarada bilir. Bəzi modelyerlər həddindən artıq açıq-saçıq ziyafət libaslarının nümayiş olunmasının əleyhinədir. Lakin qırmızı xalı mərasimləri hər dəfə göstərir ki, gözəllik və dəb döyüşündə ulduzların bütün vasitələrə əl atması yolveriləndir.

Publika.az xəbər verir ki, Kann Kinofestivalının qonağı olan ulduzlar bu dəb hiyləsindən necə lazımdır istifadə ediblər.

Festivalın ən unudulmaz qonağı Bella Hadid olub. Şəhvət rəmzi sayılan qırmızı don geyinməsi bir yana qalsın, sinə, ayaq və kürək dekoltesi ilə festivalda nümayiş olunan filmlərdən daha çox müzakirə mövzusu olmağı bacarıb. İdeal ayaqlara malik olan gözəl bu paltarda elə valehedici görünüb ki, açıq-saçıqlığına görə onu tənqid edən olmayıb. Əksinə, bir çox dəb tənqidçilərdən yüksək xal toplaya bilib. Modelin sözügedən libası “Alexandre Vauthier” brendindən olub.

Yarıq elementi Hollivudun sevilən aktrisa və stil ikonası Bleyk Layvlidən də yan keçməyib. Ulduz “Böyük və möhkəm div” premyerasına əyninə kip oturan mavi paltar geyinib. Aktrisanın libası “Versace”dən olub.

Dərin yarıq sevənlər arasında İrina Şeyk, Letisiya Kasta, Alessandra Ambrosio, Rozi Xantinqton-Uaytli, Karli Kloss, Cordan Dann, Toni Qrann kimi uzun ayaqlı modelləri, hətta Syuzan Saradonu misal göstərmək olar. Bu ulduz qonaqlar festivala yarıqlı donları ilə damğa vurublar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm