Azərbaycanlı biznes-ledi eks prezidentin xanımı ilə eyni məclisdə - FOTOLAR
Bizi izləyin

Dəb

Azərbaycanlı biznes-ledi eks prezidentin xanımı ilə eyni məclisdə - FOTOLAR

Dünən Moskvada “Bvlgari” flaqman butikinin təntənəli açılışı olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, butikin açılışında zərgərlik brendinin siması, Fransanın keçmiş birinci xanımı və Nikola Sarkozini həyat yoldaşı Karla Bruni iştirak edib. Mağazanın qırmızı lentini “Bvlgari” markasının baş direktoru Jan-Kristov Babeno kəsib və butiki rəsmən açıq elan edib.

Mağazanın açılışından sonra qonağın şərəfinə İtaliya səfirliyində şam yeməyi təşkil edilib. Gecədə Karla Bruni gitarada mahnı ifa edib. Ziyafətdə iştirak edən azərbaycanlı biznes-ledi Aysel Trudel, Andrey Malaxov, Miroslava Duma və başqaları italyan brendinin zinət əşyaları kolleksiyası ilə tanış olublar.

Məlumat üçün bildirək ki, Rusiyada özünə biznes quran, dünya ulduzlarını, siyasətçiləri dəblə geyindirən Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan "Soho", "Aizel's Secret" və "Agent Provocateur" dükanlarının sahibidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm