• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

Yay üçün çanta dəbi – FOTOLAR

  • Dəb
  • 30 May 2016 13:52
  • 1 933 Baxış
Yay üçün çanta dəbi – FOTOLAR

Qadın qarderobunda əl çantaları heç vaxt artıq olmur. Xüsusilə yay dövründə xanımların müxtəlif üslubları eksperimentdən keçirmək həvəsi daha da artır. Publika.az bu yay dəbdə olan çantaların siyahısını təqdim edir.

Zəncirli çanta

Zəncirli çanta kejual stil üçün çox uyğundur. Məsələn, belə çantanı cinslə, jaket və qayıq şəklində ayaqqabılarla birləşdirmək olar.

Mini çanta

Miniatür çantalar şəxsi avtomobili olan xanımlar üçün əla seçimdir. Belə bir çantanı çiyindən asmaq lazımdır, əldə tutmayın.

Şopper (bazar) çantaları

İrihəcmli çantaları sevən xanımlar narahat olmasın. Son bir neçə ildir ki, bu model dəbdən düşmür. Hər qızın qarderobunun əsas elementi olan bu çantalar demək olar ki, hər obraza yaraşır. Lakin yüngül və kokteyl paltarlarını bu çanta ilə uzlaşdırmamaq daha yaxşıdır.

Bel çantası

İdman üslubu bu ilin əsas trendlərindən biridir. Sözsüz ki, ilk yerlərdə bel çantaları dayanır. Yay ayları üçün parçadan tikilən modelləri seçin. Parlaq printli versiyaları sizə özünəməxsusluğunuzu vurğulamağa kömək edəcək.

Həcmli klatç

Vizual olaraq kağız qovluğu boyda görünən klatçlar küçə dəbinin ən çox bəyənilən modeli olub. Dizayn və dekorun necə olması sizin öz seçiminizdir.

Saçaqlı çantalar

1970-ci illərin əsas atributlarından biri - saçaq elementi dəbə qayıdışı ilə birlikdə trend oldu. Saçaqlı çanta və ayaqqabılar indi çox dəbdədir.

Ledi üslubunda zərif çanta

Ciddi həndəsi formasını saxlayan zərif əl çantası həm sadə paltarla, həm də işgüzar dəstlə əla tandem təşkil edəcək.

Qeyri-adi dizaynı

Dəbli brendlərin kolleksiyaları daha çox art tərzində hazırlanmış məzəli çantalarla doludur.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>