• USD 1,7001 0,00% EUR 2,0949 -0,53%
    • GBP 2,3770 +0,03% RUB 0,0300 -0,33%

Hökmdarları öldürən, qadınları yoldan çıxaran MİSTİK ƏŞYA - FOTOLAR

  • Dəb
  • 23 Avqust 2016 01:01
  • 5 194 Baxış
Hökmdarları öldürən, qadınları yoldan çıxaran MİSTİK ƏŞYA - FOTOLAR

Medalyon ən qədim dövrlərdən bizə gəlib çatmış, lakin öz aktuallığını itirməmiş zərgərlik məmulatıdır. Ürək, çaydan və ya çiyələk şəklində asma kulon və medalyonlar yay obrazlarını zənginləşdirən orijinal aksessuarlardır.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, stilistlərin proqnozlarına əsasən gizli gözü olan kulonlar gələn ilin əsas trendi olacaq. Biz bu yazıda oxucuları sözügedən mistik aksessuarın tarixi ilə tanış edəcəyik.

Açılıb-bağlanan kulonların tarixi olduqca qədimdir. Kulonların yaranma tarixi XV-XVI əsrlərdə üzüklərin taxılmasına qadağa qoyulması ilə bağlıdır. Məsələ ondadır ki, üzüklər cinayətkarların gizli silahı olub. Onlar qurbanlarını iri qaşlı üzüklərdə gizlətdikləri zəhərlə öldürürdü. Belə üzüklərdən xüsusi ilə qadın cinayətkarlar hökmdarları və sərkərdələri öldürmək üçün istifadə edirdi. Bununla belə qatillərin qarşısını almaq mümkün olmadı. Belə ki, zərgərlər qatillərin sifarişi ilə "zəhərli üzük"-lərdəki gizli gözü böyük medalyonlarda tətbiq etməyə başladı. Ustalar gizli gözün bilinməməsi üçün medalyonların üzərinə ən mürəkkəb naxışları işləmək məcburiyyətində qalırdı.

İlk açılan kulon orta əsrlər dövründə tapılıb. Məhz bu üzük indi Florensiyada eksponat kimi qorunub saxlanılır. Belə kulonların ilkin yaradılma məqsədi məkrli niyyətli olsa da, sonralar adlı-sanlı adamların ən məhrəm hisslərini, yəni, sevdiyi insanın fotosunu və ya onun saçlarının bir hissəsini gizlətdiyi müqəddəs bəzək əşyasına çevrilə bilib. Asma kulonlar hisslərini açıq-aydın ifadə edə bilməyən sevgililərinin təsəllisi idi.

Orta əsrlərin sonuna yaxın açılan kulonlar və medalyonlar fərqlənmə nişanlarını əvəz etməyə başladı. Ən yaxşı döyüşçülər və sarayın görkəmli xadimləri belə bəzək əşyası ilə təltif edilirdi. Dənizçilər belə fərqlənmə nişanlarını xüsusilə qiymətləndirirdilər. Uzaq səyahətə gedərkən onlar həyat yoldaşlarının, uşaqlarının fotolarını və saçlarını kulonun gizli gözündə yerləşdirirdi. Bu elementlər dənizçilərə dərin ənginliklərdə ev barədə xatirələrə dalmağa imkan verirdi.

Maraqlıdır ki, dünya şöhrətli zərgər Karl Faberje karyerasına açılan kulonları düzəltməklə başlayıb.

Necə və nə ilə birləşdirmək lazımdır?

Belə kulonların ideal variantı - uzun zəncirlisidir. Onları indi dünyanın ən məşhur modapərəstləri böyük həvəslə taxır, bənzərsiz obrazlarını onun köməyi ilə vurğulayırlar. Xüsusi vurğulamaq lazımdır ki, açılan kulon taxmısınzısa, geyim sakit neytral rəngdə, digər bəzək əşyaları isə minimum sayda olmalıdır.

Kulonun gizli gözündə nə saxlamalı?

Açılan kulon sevdiyimiz insana hisslərimizi etiraf etmək üçün əla ideyadır. Kağızda istənilən sözü yazıb kulonun gizli gözünə yerləşdirin və onu sevdiyiniz insana hədiyyə edin. Əmin olun ki, belə etirafa heç bir qadın biganə qalmayacaq...

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>