Bahalı brendləri kölgədə qoyan DƏB HİYLƏLƏRİ - FOTOLAR
Bizi izləyin

Dəb

Bahalı brendləri kölgədə qoyan DƏB HİYLƏLƏRİ - FOTOLAR

Hər bir qız gözəl geyinmək və öz xarici görünüşü ilə ətrafdakıları təsirləndirmək istəyir.

Publika.az xəbər verir ki, dəbdəbəli görünmək üçün bahalı brendlərə müraciət etmək və ya açıq-saçıq geyinməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə bu yazımızı oxumaq kifayətdir. Biz bu yazıda kobud dəb xətalarındandan danışacağıq.

Heyvan təsvirləri

Başdan ayağa bəbir printli donlar ucuz görünür. Heyvanlar printləri kiçik aksesuarlarda, məsələn, ipək yaylıqlarda bahalı təsir bağışlayır.

Qara rəng

Bozarmış qara ucuz görünür. Qapqara donlar həmişə yeni və bahalı mal kimi diqqət çəkir.

Dekolte

Sinə dekoltesi həddindən artıq açıq olanda geyiminiz həm ucuz görünür, həm də birmənalı qarşılanmırsınız.

Normada olanda isə söz ola bilməz.

Tufli

Böyük platforma ayaqqabılar zərif qadın ayaqlarını korlayır.

Klassik stilettolar isə həmişə zərif və dəbli görünür.

Böyük ölçülər

Böyük ölçülü geyimlər üslubunuza müsbət xal əlavə etmir.

Öz ölçülərinizə uyğun olan geyimlər isə bahalı təsir bağışlayır.

Krujeva

Krujevaların çoxluğu bəzi hallarda gözü yorur.

Donların, köynəklərin kənarlarına dekor kimi əlavə olunduğu zaman qüsursuz mənzərə ortaya çıxır.

Brendlərin loqotipləri

Saxta malların üzərinə yazılmış loqotiplər istənilən halda ucuz görünür.

Unutmayın, ən böyük gözəllik sadəlikdir.

Neon rənglər

Bu rənglər əksər hallarda gündəlik yay geyimlərində istifadə olunur. Bu səbəbdən də ziyafət geyimlərində uğurlu alınmır.

Daha dərin tonlarını isə ideal seçim adlandırmaq olar.

Büsqalter

Alt paltarının bu şəkildə görünməsi yolverilməzdir.

Əlbəttə ki, ikinci variant daha uğurlu seçimdir.

Bəzək əşyaları

Böyük bəzək əşyaları hər geyimlə ahəngdar görünmür. Üstəlik, onlar daha dəbdə deyil.

Nazik boyunbağılar heç bir halda obrazın ümumi görünüşünü korlamır, həm də yayın trendləri arasında liderlik edir.

Çantalar

Həcmli torba çantalar ucuz görünür.

Qutu kimi modellər daha effektlidir.

Straz və payetlər

Başdan ayağa tamamilə strazlarla və ya payetlərlə örtülən donlar ucuz görünür.

Kiçik parlaq elementlər isə bahalı təsir bağışlayır.

Corab və kolqotqalar

Bosonojka ilə corab geyinmək ənənə halını alsa da, ucuz təsir bağışlayır.

Açıq ayaqqabı ilə səliqəli pedikür isə bahalı və şux görünür.

Rənglərin harmoniyası

Qəhvəyi ilə qaranın vəhdəti darıxdırıcı görünür.

Klassik rənglərin birləşməsi istənilən halda sizi dəb xətasına yol vermək xilas edir.

Bahalı zinət əşyaları

Müxtəlif rəngli metalların uzlaşması ucuz görünür.

Eyni rəngdə bəzəklər bahalı təsiri bağışlayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm