Payız qarderobunun ən zəruri detalları - FOTOLAR
Bizi izləyin

Dəb

Payız qarderobunun ən zəruri detalları - FOTOLAR

Günəşli günlərdən yağışlı və küləkli havaya qəfil keçid düzgün geyim seçimini çətinləşdirir.

Publika.az saysız-hesabsız tendensiyalar arasından payız qarderobunun ən zəruri əşyalarının siyahısını tərtib edib.

Vodolozka

Image result for turtleneck sreet style

Artıq birinci il deyil ki, vodolazka payız-qış qarderobunda birinci yeri tutur. Bu da təəccüblü deyil. Axı bütün stilistlər və dizaynerlər bu universal geyimin istənilən paltarla uyğunlaşdığını söyləyir. Onu ürəyiniz istəyən hər hansı geyimlə: Paltar, cemper, kostyum, jaket və ya gödəkcə ilə geyinmək olar.

Dəri gödəkcə

Image result for leather coat srret style

Payız dəri gödəkcə almaq üçün ən yaxşı vaxtdır. Əgər şkafınızda klassik, qara gödəkcə varsa, qəhvəyi rəngi və zamşa versiyaları üzərində düşünməyə dəyər.

Yun

Image result for wool jaket sreet style

Günəşin isti şüaları geridə qaldı, atıq həqiqətin gözünün içinə baxmaq lazımdır. Onsuz da gec-tez yüngül köynək və yay paltarlarını qalın, yun geyimlərə dəyişmək lazım gələcək. Maraqlı modellərini, dəbdə olan silueti, dekoru və rahatlığı özündə birləşdirən variantları axtarmağa dəyər.

Trikotaj donlar

Image result for Knitwear dress sreet style

Yuxarıdakı qayda burada da fəaliyyət göstərir. Payız gəzintisi üçün ən münasib variant tirikotaj donlar olacaq. Qışın soyuğunu trikotaj paltarlar olmadan sağlam şəkildə başa vurmaq mümkün deyil. Həm dəblə ayaqlaşmaq, həm də canınızı isti saxlamaq üçün əvəzolunmazdır.

Çanta

Image result for bags 2016 sreet style

Payız çantalarının yay çantalarından əsas fərqi rəng qammasıdır. Açıq pastel rənglərini zoğalı, qəhvəyi və ya zümrüd rəngi əvəz edəcək.

Şərf

Image result for scarf 2016 sreet style

Nazik şərflər, qalstuklar, hətta yun şallar küləkdən ən etibarlı müdafiədir. Ona görə də payız qarderobunuza mütləq belə bir detal əlavə edin.

Şlyapa

Image result for fedora 2016 sreet style

Yayda şlyapalar bəzən başı tərlədir, qışda isə əksinə, soyuqdan qoruyur. Ən cəsarətli modelləri eksperimentdən keçirməyə qorxmayın. İstər klassik fyodor, istərsə də tvid kepka bu yay çox aktual olacaq.

Qısaboğaz çəkmələr

Bu payız dəyirmi burunlu, qalın və ağır dabanlı qısaboğaz çəkmələr dəbdədir. Jakkard, zamşa və ya məxmər kimi qeyri-adi materiallardan hazırlanmış modellər xüsusi alqışlanır.

Məxmər

Image result for The velvet 2016 sreet style

Hər bir qızın baza qarderobunda bu aktual detal yer almalıdır. Bu payız məxmər material ilin ən populyar trendi olmağa namizəddir. Bu, ayaqqabı, köynək, palto və ya ziyafət paltarı ola bilər. İstənilən hallarda obrazın uğurlu alınmasına zəmanət verilir.

Əlləri gizlədin

Bu mövsüm dizaynerlər modapərəstlərə yeni dəb anlayışını – əlləri örtən uzun qollu köynəkləri hədiyyə edib. Bu köynəklər qolunun uzunluğuna görə digərlərindən fərqlənir və sizin rahatlığınıza xidmət edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm