Payızın 7 ən aktual rəngi - - FOTOLAR
Bizi izləyin

Dəb

Payızın 7 ən aktual rəngi - - FOTOLAR

Dəb elə sürətlə cərəyan edir və dəyişir ki, yenilikləri və müxtəlifləri izləmək mümkün olmur.

Dəb elə sürətlə cərəyan edir və dəyişir ki, yenilikləri və müxtəlifləri izləmək mümkün olmur.

Publika.az-ın dəb bölməsi bu çətin işdə sizə kömək edəcək. Biz 2016-2017 payız-qış mövsümünün heyranlıq doğuran 7 ən dəbli və parlaq rənglərini seçmişik.

Tünd yaşıl

Tünd yaşıl və onun zümrüddən firuzəyiyə qədər olan çalarları payız-qış mövsümünün əsas rənglərinə daxildir. Nəcib, bahalı, dəbdəbəli rəng istənilən modapərəsti heyrətamiz göstərməyə qadirdir. Ağır, qalın parçalar seçin ki, bu rəngin dərinliyini vurğulaya biləsiniz.

Mirvari çəhrayısı

Zərif çəhrayı qadınlığın təcəssümüdür. Onu ağ, tünd qırmızı, qara, hətta tünd-yaşıl ilə birləşdirin. Bu rəngli geyim seçməklə siz öz gözəlliyinizi və zərifliyinizi nümayiş etdirmiş olacaqsınız.

Aristokratik göy

Tünd göy rənglər xüsusilə xəz, dəri və zamşa kimi materiallarda dəbdəbəli görünür. Əmin olub ki, qarderobunuza zəngin çalarlı -göy dublyonka və ya gödəkcə əlavə etsəniz, uduzmayacaqsınız. Bu rəng ağ, qara və narıncı ilə çox yaxşı uyğunlaşır.

Tünd qırmızı

Tünd qırmızının müxtəlif cür adı var: Zoğalı, şərab rəngi, marsala və.s Qeyd etmək lazımdır ki, bu rəng universaldır və istənilən rənglə yola gedir. Onda siz istər ofisdə, istərsə də romantik görüşdə çox gözəl görünəcəksiniz.

Narıncının çalarları

Mübaliğəsiz deyə bilərik ki, bu payız narıncının yerköküdən, balqabaqdan tutmuş portağala qədər olan çoxsaylı çalarları aktual olacaq. Onu qara, ağ və krem rəngləri ilə birləşdirin, onda siz bu payız inanılmaz dərəcədə gözəl olacaqsınız.

Bənövşəyi

Bənövşəyi moda sənayesində bu il tədricən ikinci plana düşür. Lakin bu rəngə əsla etina ilə yanaşmaq lazım deyil. Ən yaxşısı onu özünün açıq çalarları ilə uyğunlaşdırın.

Parlaq göy

Parlaq göy, habelə elektrik rəngləri bu mövsüm modanın zirvəsini işğal edəcək. Parlaq rəng dərhal diqqət cəlb edir. Belə rəngli paltoda qızın yanından laqeyd keçmək mümkün deyil.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm