Dəb
Dəbi diktə edən 83 yaşlı dizayner: “Yorulmamışam”
42 ildir “Chanel” və “Fendi” moda evinin kreativ direktoru vəzifəsində çalışan Karl Lagerfeld “Hürriyet.com”-a müsahibə verib.
Publika.az xəbər verir ki, sualları Parisdən elektron poçt vasitəsilə cavablandıran Lagerfeld daxilində bir deyil, 3 Karl olduğunu və işləməkdən yorulmadığını etiraf edib.
- Əvvəla, suallarımı cavab verməyi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bu gün mənim üçün gözəl bir gündür! Ona görə də sualı belə qoyacam: Həyatınızın ən gözəl günü hansı olub?
- Hər günümün ən gözəl olması üçün dəli kimi çalışıram. Hazırda məni ən çox xoşbəxt edən şey isə hələki hazırlamağa başlamadığım növbəti kolleksiyamdır.
- Şəxsi həyatınız da insanlar üçün çox maraqlıdır. Səhəri necə açırsınız?
- Vəziyyətə görə dəyişir. Səhərləri Parisdəki evimdə açmağı, eskiz çəkməyi sevirəm. Günorta və axşam görüşlərim olduğu üçün eskizləri səhərlər çəkməli oluram. İşlərimi həll etmək üçün mənə bir gün çatmır, çox qısa gəlir. Həyat fəlsəfəm də "Bu günün işini sabaha qoyma!"-dır. Belə bir dəb sənayesində, hətta belə bir dünyada ən önəmli amil sürətli olmaqdır. İnsanlara verəcəyim ən yaxşı tövsiyə budur.
- “Fendi” ilə 50 ilə yaxındır ki, işləyirsiniz, 1983-cü ildən bəri “Chanel”-ə rəhbərlik edirsiniz. Moda sənayesinin ən nüfuzlu moda evlərinə illərdir ki, rəhbərlik etmək necə hissdir?
- Bunun hər kəsin nail olmaq istədiyi arzu olduğunu bilirəm. Təsəvvür edin ki, “Fendi” ilə 50 ildir əməkdaşlıq edirəm. Bu, dəb dünyasında davam edən ən uzun əməkdaşlıqdır. Dizaynerlərin çoxu belə şəxsi markasını bu qədər il davam etdirə bilmir. Amma mən yorğun deyiləm, vallah deyiləm! 83 yaşım var və karyeram keçmişə nisbətən daha səmərəlidir. Nə üçün? Çünki beynim indi dəqiq işləyir. İşim həyatımda hər şeydən öndə gəlir. Gənc ikən belə deyildim, əlbəttə ki, onda insanın başını qarışdıran amillər olur.
- Bəs fərqli tərzləri olan iki moda evində işləmək çətin deyil ki?
- “Chanel”-in kolleksiyalarında “Fendi”-ni xatırladan heç nə görə bilməzsiniz. Eyni hal “Fendi” üçün də keçərlidir. İkisinin də fərqli simaları və tərzləri var. Bu, bəlkə də mənim şəxsiyyətimlə əlaqəlidir. Məncə, daxilimdə 3 şəxsiyyət yaşayır. “Fendi”-də italyan Karlı, “Chanel”-də fransız Karl görürsünüz. Öz markamda da sadəcə məni və görmək istədiklərimi. İşlə özümü heç vaxt evli kimi hiss etməmişəm. Daha çox azad evlilik yaşayırıq. Hər an bitəcəkmiş kimi... Beləliklə, ehtirasımı qoruyuram, çünki bir-birimizə qarşı öhdəliklərimiz yoxdur. Birdən çox brendlə bu hiss sayəsində çalışıram. Yalnız birinə asılı olmaq istəmirəm. Məni qəfəsə salsanız, dəyərsiz olaram, işə yaramaram.
- Aleksandr Makkuenin intihardan sonra moda sənayesinin operativliyi çox tənqid edilib. Bəzi dizaynerlər üçün il ərzində bir neçə kolleksiya hazırlamaq çətindir. Siz bu məsələdə rekordçusunuz, amma şikayət etmirsiniz. Sirriniz nədir?
- Bəli, dəb an ilə bağlıdır, hər saniyə dəyişir. Dəb muzeylərdə sərgilənmək üçün hazırlanmır, odur ki, onu istehsal etmək mənim üçün sadə işdir. Eskizlərlə tikilən paltar arasındakı fərq demək olar ki sıfırdır. Məşq prosesi də çox gözəl keçir. Və nəticələrin yaxşı olacağını bildiyimdən, birdən çox işlə məşğul oluram. Bəziləri robot maşını olduğumu düşünür. Bəli bu, doğrudur, mən bir dəb maşınıyam.
- Özünüzü fotoqraf kimi də sınamısınız. “Fendi”-nin reklam kampaniyasını çəkmisiniz. “Harpers Bazaar”, “Numro”, “Vogue” jurnalının üz qabığının şəkillərini sizə aiddir.
- Fotoqrafiya çox zövqlü peşədir. Əslində bu işə 80-cı illərdə maraqlanmağa başladım, “Chanel” üçün dəvətnamə hazırlayırdım, onda çəkilişdən razı qalmadın. Bir fotoaparat icarəyə götürdüm və assistentlə birlikdə işə başladım. Qısa müddətdə reklam kampaniyalarında, moda çəkilişlərində fotoqraflıq etdim. Bir işin qüsursuz olmasını istəyirsənsə, özün görəcəksən.
- Bu sahədə uğurun yeganə sirri budur?
- İşinə məsuliyyətlə çalışmaq Karl Lagerfeldin uğurlu fotoqraf karyerasının olmasının sirlərindən biridir. 25 ildir ki, eyni insanlarla çalışıram: Yaxşı vizajist, yaxşı dəb redaktoru olanda iş də asanlaşır. Bir düyməyə bas yetər!
- 2014-cü ildə İstanbula gəlmişdiniz. Türk qadınının dəb və zövq duyumu necədir?
- Belə suallardan darıxıram. Həmişə sual verirlər ki “Fendi” və ya “Chanel” qadını necə olmalıdır? Dediyiniz kimi qadını bir tipdə təsvir etmək doğru deyil. Mənim işim, kolleksiya hazırlamaq və fərqli qadınların xoşuna gələcəyinə ümid etməkdir. Bundan artığı deyil.
Karl Lagerfeld haqqında maraqlı faktlar
Karl 10 Sentyabr 1933-cü ildə Hamburgda varlı bir ailədə dünyaya gəlib.
19 yaşında qabiliyyət müsabiqəsində qalib gəldikdən sonra Pyer Balmainin assistenti olub.
“Jan Patou” brendi altında çıxardığı ilk kolleksiyası moda tənqidçiləri tərəfindən kəskin tənqid edilib. Bu tənqidlərə görə özünə qapanmış və 2 il dəniz sahilində yerləşən evində yaşayıb.
Homoseksualdır və bunu heç bir zaman gizlətməyib. Uşaqkən eyni cinsə qarşı maraq göstərdiyini anasına söyləyərkən anası bunu normal qarşılayıb.
Yves Saint Laurent bir dövrlər Karlın yaxın dostu idi. 70-ci illərdə iki dizayner eyni adamla - Jak de Basker de Beaumarçais ilə sevgili olub. Bu hadisədən sonra qısqanc dostlar düşmənə çevrilib. Lagerfeld dünya şöhrətli dizaynerin dəfninə belə qatılmayıb.
Dizayner 1993-cü ildə “Fendi”-nin dəfiləsinə italyan porno ulduzu Moana Pozzini podiuma çıxarıb. Məşhur dəb redaktoru Anna Vintur hirsindən defileni tərk etmişdi.
2000-cü ildə köklükdən bezdiyini deyib. Dizayner yalnız şorba içərək 42 kq arqlamağa nail olub. Bunu etməkdə məqsədinin “Hedi Slimane” dizaynlarını geyinmək istəməsi və onların incə kişilər üçün nəzərdə tutulması idi.
O, əsl soyadının sonunda olan “d” hərfini ataraq Lagerfeld olaraq dəyişdirib. Buna səbəb daha xoş səslənməsi idi.
Karl Lagerfeld heç bir dinə ibadət etmir.
Modadan əlavə bir çox ərzaq dizaynları var. “Coca Cola Light by Karl Lagerfeld” qablaşdırmaları, “Volkswagen Polo” və “Golf” modellərinin bəziləri onun ideya məhsuludur. “Sephora” mağazalarının vitrinlərində öz siluetindən istifadə edib. Satışa çıxarılan oyuncaq ayısında öz xarici görünüşünü yaradıb.
Arıqladıqdan sonra kitab yazıb. 2007-ci ildə Karl Lagerfeldin sirrləri adlı sənədli film izləyicilərə təqdim olunub. 2010-cu ildə isə Avropa Moda Evi adlı sərgidə Karl Lagerfeldə məxsus fotolar sərgilənib.
Pişiyi Çoupettein üç dayəsi, öz istaqram hesabları var.
Onu nadir hallarda eynəksiz görmək olar. Eynəklər Karlın stilinin ayrılmaz hissəsidir.
Aytən
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ