"Baku Fashion Week"-in 5-ci mövsümü keçiriləcək
Bizi izləyin

Dəb

"Baku Fashion Week"-in 5-ci mövsümü keçiriləcək

"Baku Fashion Week"-in 5-ci mövsümü keçiriləcək.

24-27 noyabr tarixlərində Bakı Moda Həftəsinin beşinci mövsümü baş tutacaq.

Publika.az xəbər verir ki, ildə iki dəfə keçirilən dəb nümayişində yerli və xarici dizaynerlərin yeni kolleksiyaları qonaqlara təqdim olunacaq. Dəb həftəsinin ilk günündə uşaq geyimləri nümayiş olunacaq. Şou xüsusi nağıl aləmli atmosferi və gözəl uşaq obrazları ilə yadda qalacaq.

Ayın 25-dən 27-nə qədər Gürcüstan, Türkiyə, Kanada, Ukrayna, Özbəkistan və digər ölkələrin aparıcı dizaynerlərinin nümayişləri olacaq.

Marafonun ilk günü məşhur gürcü dizayneri - Avtandil ilə başlayacaq. Daha sonra azərbaycanlı dizayner Natavanın unikal konsepti nümayişə qoşulacaq. Sonra isə şou gürcü mənşəli azərbaycanlı dizayner Amina Jəfər ilə davam edəcək və məhdud libasların kolleksiyasının göstərişi baş tutacaq. Sonda türkiyəli dizayner Lulu Rananın kollekiyası göstəriləcək.

İkinci nümayiş günü azərbaycanlı dizayner Hökümə Hacıyevanın oyuncaq kolleksiyası ilə başlayacaq. Daha sonra gecə Türkiyənin aparıcı dizayneri Selma Çilekin kolleksiyası ilə davam edəcək. Dəb şousunu ukraynalı dizaynerlər Kriza və "Couture de Fleur" moda evi bağlayacaq.

Bakı dəb həftəsinin üçüncü yekun günü Özbəkistanın, Rusiyanın və Türkiyənin digər məşhur dizaynerlərinin kolleksiyaları nümayiş olunacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm