• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kişilərin ağlını başından alan möhtəşəm ŞOU - FOTOLAR

  • Dəb
  • 1 Dekabr 2016 10:52
  • 2 461 Baxış
Kişilərin ağlını başından alan möhtəşəm ŞOU - FOTOLAR

Hər il olduğu kimi bu il də “Victoria’s Secret”-in dəfiləsi təmtəraqlı şəkildə keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ilk dəfə olaraq Parisdə keçirilən dəfilədə Adriana Lima, Alessandro Ambrisio, İrina Şeyk, Gigi Hadid, Bella Hadid və Kendal Jenner kimi məşhur modellər iştirak edib.

Dəfilədə 3 milyon dollara başa gələn büsqatleri Jasmin Tukes nümayiş etdirib. Edi Borqonun bu il hazırladığı büsqalter təxminən 9000 qiymətli daşlarla: 18 karatlık zümrüd və brilyantlarla işlənib.

“Victoria’s Secret” brendinin yaranmasının qısa tarixini təqdim edirik.

Roy Raymond özü ilə eyni vəziyyətdə olan, yəni, arvadına, ya da sevgilisinə alt paltarı alarkən utanan minlərlə kişinin ola biləcəyini düşündü və ağlına parlaq bir fikir gəldi: Öz alt paltarı markasını yaratmaq. Amma bunun üçün alt paltarını cəlbedici halda təqdim etməyi düşünür. Bunun üçün qadınlara düz ağ alt paltarları geyinməyi tərgitdirmək, eynilə Kraliça Viktoria dövründəki kimi büzməli, göz oxşayan alt paltarlarını dəbə gətirməyi qarşısına məqsəd qoyur. Odur ki, markanın adının kraliça Viktoria ilə eyni olması təsadüfi deyil: “Victoria’s Secret” yəni, Viktorianın sirri mənasındadır.

Roy Raymond bu fikrini həyata keçirməyə qərar verən kimi dərhal Stanford Mərkəzində bir mağaza açır. 1977-ci ildə Raymond mağazanı açarkən kapitalı 80 min dollar idi. O, 40 min dollarını bankdan, qalan 40 minini isə qohumlarından borc almışdı.

Şirkət fəaliyyətə başladığı ilk il 500 min dollar qazanc əldə edir. Raymond bu müvəffəqiyyətdən cəsarət alaraq 3 mağaza daha açır və kataloqdan sifariş yolu ilə satışa başlayır. 1982-ci ildə “Victora's Secret”-in artıq 6 mağazası fəaliyyət göstərir, üstəlik gəliri yaxşıca artmışdı.

Lakin həyat Reymondun üzünə çox gülmür. İş adamı maliyyə çətinliyi səbəbindən 1982-ci ildə “Victoria’s Secret”-ə alıcı axtarmağa start verir. Nəticədə şirkəti daha bir qadın alt geyimləri şəbəkəsi olan “The Limited”in sahibi Lesli Veksneruya 4 milyon dollara satır. Əldə etdiyi məbləği isə yeni biznesə qoymağa qərar verir. Raymond 1984-ci ildə “My Child's Destiny” adında bir uşaq mağazası qurur. Amma “Victoria”-nın sehri onun üçün artıq pozulmuşdu. Firma iki il sonra müflis olur. Roy Raymondun uğurla başlayan əhvalatı sirli şəkildə sona çatır. Raymond 1993-cü ilin avqustunda Qolden Qeyt körpüsündən özünü aşağı ataraq intihar edir.

Günümüzün ən cazibədar və fantastik alt paltarı markası olan “Victoria's Secret”-in yaradıcısının cəsədi körpüdən tullandıqdan 1 həftə sonra San Fransisko körfəzində tapılır. Royun intiharı ilə bağlı müxtəlif fərziyyələr səslənsə də, ölümü bir sirr olaraq qalır.

Amma firma Raymonddan sonrakı sahibi Leslie Veksnerə də uğur gətirir. Onsuz da zəngin olan Veksner dəfələrlə dünyanın ən zəngin iş adamı seçilir.

Hazırda “Victoria's Secret” moda dünyasındakı modellər üçün də nadir rast gəlinən pillədir. Bir dəfə belə olsa, bu firmanın nümayişinə çıxmaq, ya da kataloqlarında yer almaq, digər güclü firmaların diqqətini çəkmək və ildə milyonlarla dollar qazanmaq üçün zəmanətidir. Amma firmanın üzü olmaq heç də asan deyil. Yalnız gözəllik yetərli deyil. Bundan çoxu lazımdır.

İlk növbədə 1.76 sm boy tələb olunur, yaş isə 18 yaşından kiçik 30 yaşından böyük olmamalıdır. Həmçinin ABŞ vətəndaşı olmaq, ya da ABŞ-ın əyalətlərindən birində yaşayış icazəsinə sahib olmaq tələb olunan şərtlərdəndir. İngilis dilində oxuyub danışmağı bacarmalı, sağlam olmalıdır. “Victoria’s Secret” mağazaları, ya da firma şəriklərindən heç biri ilə şəxsi münasibəti olmamalıdır. Yalnız cinayət törətmək deyil, cinayətə cəhd etmək belə dünyanın ən gözəl qadını olsanız da, firmanın qapılarını üzünüzə bağlayır. Bütövlükdə “Victoria’s Secret” modellərini yüz ölçüb bir biçərək seçir, lakin sözün əsl mənasında onları xoşbəxt edir.

“Victoria's Secret” ildə bir dəfə moda nümayişi təşkil edib öz yeni kolleksiyasını təqdim edir. Hazırlıqları aylar əvvəl başlayan bu nümayiş bitdikdən sonra da aylarla gündəmdə olur. Əlbəttə firmanın ilk illərdə təşkil etdiyi nümayişlər indiki qədər görkəmli deyildi. Firmanın ilk nümayişi 1995-ci ildə Nyu-Yorkda yerləşən baş tutub.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR