Prezidentin həyat yoldaşının təklifini RƏDD ETDİ - FOTOLAR
Bizi izləyin

Dəb

Prezidentin həyat yoldaşının təklifini RƏDD ETDİ - FOTOLAR

Dizayner prezidentin həyat yoldaşını rədd edib.

Dünya şöhrətli dizayner Tom Ford Amerikanın yeni birinci ledisi Melani Tramp üçün geyim dəstləri yaratmaqdan imtina edib. O, bu qərarını hazırladığı geyimlərin Melani Trump üçün "çox bahalı olduğunu” deyərək müdafiə edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Tom Ford “ABC” telekanalında “The View” proqramına verdiyi müsahibəsində Melaninin onun tipi olmadığını xüsusi vurğulayıb. Dizayner hesab edir ki, onun hazırladığı geyimlər birinci xanım üçün uyğun deyil.

Ford etiraf edib ki, demokratların tərəfdarıdır və Hillari Klintonun seçkilərdə məğlubiyyəti onu çox sarsıdıb.

Lakin dizayner 2011-cü ildə Mişel Obamanın Bukingem sarayında Böyük Britaniya kraliçası İkinci Yelizaveta ilə təşkil olunan görüşü üçün birinci xanıma ziyafət libası hazırladığını xatırladıb: "Düşünürəm ki, onda bu, xüsusi görüş münasibəti ilə baş vermişdi. Mən Londonda yaşayıram, odur ki, Mişel üçün libas tikmək məna kəsb edirdi. Bu, mənim üçün də böyük şərəf idi”.

Dizayner onu da əlavə edib ki, Melani Tramp bir neçə il əvvəl ondan özü üçün xüsusi geyim sifariş etmək istəyib. Lakin Tom Ford ona da razılaşmayıb. Məlumat üçün bildirək ki, Tom Fordun ziyafət libaslarının qiyməti 5000 dollardan başlayır.

Xatırladaq ki, Tom Ford Amerikanın birinci xanımını geyindirməkdən imtina edən yeganə və ilk dizayaner deyil. Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq, bir neçə dizayner, xüsusi ilə fransız dizayneri Sofi Tealle Melinin geyim sifarişlərindən imtina edib. O, bununla kifayətlənməyərək bütün həmkarlarını boykot etməyə səsləyib.

Amerikalı dizayner Tommi Hilfiger isə bildirib ki, ABŞ-ın yeni birinci xanımı Melani Trampa geyim hazırlamaq təklifini böyük məmnuniyyətlə qəbul edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm