Koko Şanelin yaradıcılığına həsr olunmuş nəfis kolleksiya - FOTOLAR
Bizi izləyin

Dəb

Koko Şanelin yaradıcılığına həsr olunmuş nəfis kolleksiya - FOTOLAR

Paris, hətta mövsümi və kutyur nümayişləri cədvəlindən kənar da moda hadisələrinin episentri olmağa davam edir.

Paris, hətta mövsümi və kutyur nümayişləri cədvəlindən kənar da moda hadisələrinin episentri olmağa davam edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən “Chanel” moda evinin yeni kolleksiyasının nümayişi keçirilib. Brendin "Chanel Metiers d'Arts" kolleksiyası Çinin Şanxay şəhərindən, Mumbaya, Nyu-York və Zalsburqa qədər dünya səyahətindən və uzun illərdən sonra yenidən vətənə qayıdıb. Nümayişin keçirildiyi bütün yerlərin moda evinin tarixi ilə bağlıdır. Növbəti dayanacaq isə Parisdəki Ritz oteli olub.

Gözlənildiyi kimi, fantaziyalarında sərhəd tanımayan Karl Lagerfeld yeni kolleksiyasını Koko Şanel yaradıcılığına həsr edib. Hansı ki, əfsanəvi dizaynerin otel otaqlarında qaldığı dövrə təsadüf edib. O, oteldə qalanda böyük həvəslə retro-estetikasını 80-cı illərin dəbi ilə uyğunlaşdırırdı.

Yeri gəlmişkən, podiuma Kara Delevin, Lili-Rouz Depp, Sofiya Riçi kimi modellər çıxıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm