Dəb imperiyalarını idarə edən yaraşıqlı kişilər niyə homoseksuallardır? - FOTOLAR
Bizi izləyin

Dəb

Dəb imperiyalarını idarə edən yaraşıqlı kişilər niyə homoseksuallardır? - FOTOLAR

Publika.az bu yazıda oxucuları dəb imperiyasını idarə edən yaraşıqlı, amma homoseksual dizaynerlərlə tanış edib.

Dəbin ilk yaradıcıları rəsmən zərif cinsin nümayəndələri sayılır. Hələ 20-ci əsrin əvvəllərində Koko Şanel yeni siluetlər yaradılması sayəsində özünə hədsiz populyarlıq qazanır və qadın qarderobunu tamamilə dəyişdirməyə nail olur. Elza Skiaperli, Madlen Vinoe kimi inqilabçı və dəb qanunvericiləri Kokonun davamçıları sayılır. Həmin dövrün homoseksual dizaynerləri isə cəmiyyət tərəfindən yaxşı qarsalanmırdı. Əlbəttə ki, populyarlıq onlar üçün əlçatmaz idi. Qeyri-ənənəvi oriyentasiyasiyaya malik olan dizaynerlər onda heç ağlına belə gətirə bilməzdi ki, vaxt gələcək və həmin zirvələri özləri fəth edəcək.

Qeyri-ənənəvi cinsi oriyentasiyası olan modelyerlər dəb Olimpini fəth etmək üçün bir qədər gözləməli olur. Qadınlar üçün nəfis libaslar hazırlayan gey dizaynerlərin cəmiyyət tərəfindən qəbul edilməsi prosesi uzun çəkir. 1953-ci ildə məşhur moda evinin əsas dizayneri İv Sen-Loran və Valentino Qaravani gəlişi ilə moda aləmində sensasiya yaradır. Beləliklə də homoseksual dizaynerlərin moda dünyasında hegemonluq mərhələsi başlayır. Artıq bu gün dünyanın ən tanınmış dəb imperiyalarının başında duran əksər dizaynerlər geydir. Qadın və gey olmayan kişi dizaynerlər isə onlardan xeyli geri qalır.

Publika.az bu yazıda oxucuları dəb imperiyasını idarə edən yaraşıqlı, amma homoseksual dizaynerlərlə tanış edib.

Dizaynerlər, modelyerlər və ya dəbdə olan kuturyelər fəaliyyətində tez-tez yaradıcı yanaşmalardan faydalanır. Kimsə artıq istedadlı doğulur, kimsə isə bütün həyatı ərzində onu inkişaf etdirir. Dizaynerlərin ən mühüm qəribəliyi isə öz cinsindən olan insana aşiq olmalarıdır. Lakin bu fakt heç bir halda onların dahiliyinə mənfi istiqamətdə təsir göstərmir. Bəzi dizaynerlər gey olduğunu gizlətmir və qeyri-ənənəvi oriyentasiyaya malik olduqlarını açıq şəkildə bildirirlər.

Məşhur fransalı dizayner Jan Pol Qotye dünya kinematoqrafiyasının Madonna, Merlin Menson, Milen Farmer kimi parlaq ulduzları üçün yaratdığı futurizm kostyumları ilə məşhurdur. O, gey olduğunu heç vaxt gizlətməyib. O, kişi modellərinə qadın paltarları və yubka geyindirməkdən heç vaxt utanmayıb. Böyük rezonans doğuran bu hadisə ona populyarlıq gətirib.

Картинки по запросу Жан-Поль Готье

Britaniyalı dizayneri Aleksandr Makkuin oriyentasiyasını çoxsaylı müsahibələrində dəfələrlə bəyan edib. O, tərəf müqabili rejissor Corc Forsintonun şərəfinə İbiza adasında təmtəraqlı əyləncə gecəsini təşkil edib. Bu hadisə mətbuatda geniş işıqlandırılıb.

Картинки по запросу Александр МакКуин

Amerikalı modelyer Tom Ford “Gucci” moda evində işlədiyi vaxt məşhurluq qazanıb, bir neçə il sonra “Tom Ford International” ticarət markası altında öz butikləri açmağa qərar verib. Tom Ford iyirmi ildən artıqdır ki, ixtisasca jurnalist olan sevgilisi Robert Bakli ilə birlikdə yaşayır. Tom neçə ildir ki, övladlığa uşaq götürmək istəyir, ancaq Bakli bu fikrə qarşıdır. Yeri gəlmişkən, Tom Ford eyni zamanda qadınlarla da görüşdüyünü heç vaxt gizlətməyib.

Картинки по запросу Том Форд

Картинки по запросу том форд и его муж

Fransız kuturye İv Sen-Loran 21 yaşında “Christian Dior” moda evinə rəhbərlik edib. Diorun ölümündən sonra o, öz şəxsi moda evinin əsasını qoyub. Bu işdə ona məşuqu Pyer Berjenin dəstəyi əvəzsizdir. Demək olar ki, Pyer Berje bütün həyatı boyu İv Sen-Lorenin yanında olub. Və 2008-ci ildə dahi kuturyenin ölümünə bir neçə həftə qalmış cütlük münasibətlərini rəsmi vətəndaş nikahı kimi qeydiyyata alıb.

Картинки по запросу Ив Сен-Лоран,

Картинки по запросу Ив Сен-Лоран пьер берже

Canni Versaçe məşhur italiyalı dizayner və “Versace” moda evinin banisi olub. O, öz gələcək sevgilisi ilə Antonio Damiko ilə 1982-ci ildə tanış olub. Antonio əvvəllər model kimi, daha sonra isə dizayner kimi fəaliyyət göstərib. Onların sevgi münasibətləri Canni 1997-ci ildə Mayami-Biç şəhərindəki güllələnə qədər, daha dəqiq desək, 15 il davam edib. Xarici mətbuatın yazdığı mənbələrdə qatil böyük seriyalı homoseksual manyakı olub. Dəhşətli hadisədən manyak intihar edib.

Картинки по запросу Джанни Версаче

“Chanel” moda evinin kreativ direktoru Karl Lagerfeld homoseksualdır və bunu heç bir zaman gizlətməyib. Uşaqkən eyni cinsə qarşı maraq göstərdiyini anasına söyləyərkən anası bunu normal qarşılayıb. İv Sen-Loren bir dövrlər Karlın yaxın dostu olub. 70-ci illərdə iki dizayner eyni adamla - Jak de Basker de Beaumarçais ilə sevgili olub. Bu hadisədən sonra qısqanc dostlar düşmənə çevrilib. Lagerfeld dünya şöhrətli dizaynerin dəfninə belə qatılmayıb. Karl etiraf edir ki, onun üçün dünyada qadınların geyindirmək qədər cazibəli sevinci hiss yoxdur. Yeri gəlmişkən xüsusi vurğulamaq lazımdır ki, Karlın bu gün idarə etdiyi dəb imperiyasının əsasını xanım Koko Şanel qoyub. Bununla belə, dizayner “Chanel” moda evinin üslub bənzərsizliyini yaxşı hiss edir və onu bu günki reallıqla uyğunlaşdırır.

Картинки по запросу karl lagerfeld

Eyniadlı ticarət markasının yaradıcısı olan Valentino 2007-cu ildə Parisdə özünün son kolleksiyasının nümayişindən sonra moda dünyasından uzaqlaşıb. O, məşuqu ilə Cankarlo Cammatti ilə 12 il ərzində bərabər olub. Lakin cütlük münasibətlərini bu illər ərzində hər kəsdən, hətta dizayner öz anasından gizli saxlayıb.

Картинки по запросу Валентино Джанкарло Джамматти

Ən məşhur homoseksual dizayner cütlüyü “Dolce & Gabbana” brendini quran və birlikdə işləyən italyan modelyerlər - Stefano Qabbano və Domeniko Dolçedir. Lakin cütlük sevgili olduqları uzun illər mətbuata açıqlamayıb.

Картинки по запросу Стефано Габбано и Доменико Дольче

Yaratdığı ayaqqabıları ilə zərif cinsin nümayəndələrinin qəlbinə yol tapan Kristian Louboutin şəxsi həyatını ciddi cəhdlə gizlədir. Amma fransız ayaqqabı ustasının homoseksual olduğu hamıya məlumdur. O, 1997-ci ildən bəri memar Luiz Beneçlə sevgilidir. Cütlük birlikdə yaşayır.

Картинки по запросу

Похожее изображение

Amerikalı dizayner Mark Ceykobs uzun illər “Louis Vuittion” moda evində çalışıb. Lakin sonradan və öz adı altında - “Mark Jajobs” brendinin yaratmağa qərar verib. Mark da ən məşhur geylər siyahısına daxildir. O, sevgilisi Harri Luislə küçədə veyillənir, hamının gözü qarşısında ehtirasla öpüşür, ən maraqlısı isə böyük məmnuniyyətlə qadın yubkaları geyinir. O, qadınların modaya olan ehtirasını belə ifadə edib: “Mən ümid edirəm ki, qadınlar mənim paltarlarımı yaxşı görünmək üçün və onlara həqiqətən də yaraşanları alırlar. Daha ətrafdakıların xoşuna gəlmək üçün deyil... Mənim geyimlərimin statusu yoxdur".

дизайнеры-геи

Картинки по запросу

Xarizmatik, təkəbbürlü və oriyentasiyası barədə suallara dürüstcə cavab verən Con Qalyano “geylərin moda aləmində" anlayış simvoluna çevrilib. Con Qlayano uzun müddət “Dior” moda evində çalışıb. Onun üslub hissi qəribə idi, nümayişlərdə qeyri-standart qərarları ilə hər kəsi təəccüblənməyə “Aaa” deməyə məcbur edə bilirdi. Bir dəfə Qalyano ekstravaqant üslubunu belə izah edib: "Bunda bütün kişilər günahkardır. Mən başa düşürəm ki, indi yolverilməz fikirlər deyirəm, amma kişilər öz yoxluğunu gizlətmək üçün uzun müddət qadın bədənini sarıyıb və örtüblər”.

дизайнеры-геи

“Zac Posen” moda evinin yəhudi əsilli yaradıcısı Zak Pozen də digər kişi həmkarları kimi qadınlara qarşı biganədir. Homoseksual dizayner kişilərlə maraqlandığını gizlətmir. O, 2014-cü ildən bəri Nyu-York penthauslarının birində dostu Brayan Kallaxan və 3 iti ilə birlikdə yaşayır. Tədbirlərin çoxunda sevgilisi ilə birlikdə iştirak edir, kameralara xoşbəxt pozalar verirlər.

Картинки по запросу zac posen

Картинки по запросу zac posen and boyfriend

“Balmain” moda evinin kreativ dizayneri Olivye Rusten şəxsi həyatı barədə etiraf edib ki, o, məşhur olandan sonra cəlbedici gənclərdən çoxlu sevgi təklifləri alıb. Amma həyatının kişisi ilə qarşılana qədər o tənha olmaqdan narazı deyil. İtalyan oğlan sevgilisi ilə beşillik münasibətlərinə son qoymasını Olivye belə izah edib: “O, ailəsinə mavi olduğunu etiraf etməkdən qorxurdu. Mənim valideynlərim oriyentasiyama böyük anlayışla yanaşırlar, hətta mən onlarla öz məhəbbət macəralarım haqqında danışmayanda onlar məni həmişə dəstəkləyir, başa düşür və müdafiə edirdilər".

Картинки по запросу olivier rusten

Kristobal Balnesiyaqa, Kristian Dior, Armani, Pyer Karden kimi tanınmış digər dizaynerlər də seksual azlıqlara mənsub olmaqda şübhəli bilinir. Amma bu faktlar sübut edilməyib.

Beləliklə geylərin dizayner kimi fəaliyyət göstərməsinə belə yekun vurmaq olar.

Birincisi, homoseksuallar uzun müddət qadınlara xidmət göstərdiyi üçün sosial kateqoriya kimi özünü qadınlarla eyniləşdirirlər.

İkincisi, qeyri-ənənəvi seksual oriyentasiyası olan dizaynerlər hər kəsin özünü azad hiss etdiyi, necə yaşamasına sərbəst qərar verə biləcəkləri bir dünyada yaşamaq istəyir və bunun üçün hər şey edirlər.

Dəb sahəsi isə dizaynerlərə məhz onların arzusunda olduğunu azadlığı bəxş edir, eyni zamanda geniş yaradıcılıq imkanlarını həyata keçirməyə icazə verir. Homoseksualların idarə etdiyi moda evlərinin müştərilərini bunu əla başa düşür və elə bu səbəbdən onların qadın cazibədarlığını və qeyri-adiliyini vurğulayan məhsullarına böyük həvəslə çox pul xərcləyirlər.

Homoseksualların dizayner kimi fəaliyyət göstərməsi haqqında daha bir maraqlı fakt var. Sən demə, geylər qadınlar üçün paltar yaradan və nəticədən razı qalan zaman onlarda olan kişiyə qarşı olan dominantlıq itir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm