Birinci xanım ilin stil ikonası seçildi - FOTOLAR
Bizi izləyin

Dəb

Birinci xanım ilin stil ikonası seçildi - FOTOLAR

Birinci xanım ilin stil ikonası seçilib.

“The Guardian” qəzeti Mişel Obamanı ilin əsas stil ikonası adlandırıb

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya qəzeti “The Guardian” ilin moda yekunlarını hazırlayıb. Siyahıya əsasən ilin üç ən dəbli xanımı müəyyənləşib. Redaksiya ABŞ-ın sabiq birinci xanımı - Mişel Obamanı siyahının əsas ulduzu adlandırıb. Qəzetdəki materialda qeyd edilir ki, "Amerika prezidentinin xanımı il boyu nümayiş etdirdiyi geyim dəstələrinə diqqətli yanaşıb, eyni zamanda seçdiyi paltarlarının öz şəxsiyyətini kölgədə qoymasına icazə verməyib”.

Dəb liderlərinin siyahısına “Çox qəribə işlər” serialının qəhrəmanı Şennon Perser daxil ola bilib. Aktrisanın üslubu 1980-ci illərin dəb tendensiyalarına daha yaxındır.

Шеннон Персер в сериале

Bundan başqa, qəzet öz siyahısında amerikalı rəssam Corciya Okifi də qeyd edib. O, 1986-ci ildə dünyasını dəyişib, amma onun keçmişə aid işləri başa çatmaqda olan ildə Londonda nümayiş olunub.

Джорджия О'Кифф

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm