Qışın əsas trendi - FOTOLAR
Bizi izləyin

Dəb

Qışın əsas trendi - FOTOLAR

Qeyd etmək lazımdır ki, üst geyimi seçiminə maksimum məsuliyyətlə yanaşmaq lazımdır, çünki bütün qış boyu onu çox tez-tez geyinməli olacaqsınız.

Moda evləri qış üçün o qədər müxtəlif üst geyimləri təklif edib ki, mağazalara girəndə istər-istəməz seçimlər arasında başını itirirsən. Qeyd etmək lazımdır ki, üst geyimi seçiminə maksimum məsuliyyətlə yanaşmaq lazımdır, çünki bütün qış boyu onu çox tez-tez geyinməli olacaqsınız. Aydın məsələdir ki, üst geyimi nə qədər qalın olsa, soyuğa qarşı bir o qədər dözümlü olacıq. Bundan başqa, qalın palto və ya kurtka xəstələnməyəcənizin zəmanətidir.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, Bu mövsüm dəb dünyası modapərəstləri həcmli dublyonkalara diqqət yetirməyə çağırır. Dublyonkalar üst geyimləri qış aylarında qalınlığına və məşhurluğuna görə, ilk yerdə dayanır. Bu tendensiya ölkəmizin iqlim şəraiti çox gözəl uzlaşır, hətta qarlı-şaxtalı günlərdə aktual görünməyə imkan verir.

Lakin unutmayın ki, dublyonkalar bədəni həddən artıq kök göstərir. Odur ki, ölçülərinizə və üz rənginizə uyğun ən münasib fasonunu seçin.

Tanınmış modapərəstlər dublyonkaları yüngül, zərif paltar, mini-yubkalar, bortfordlar və cinslərlə və hətta ciddi şalvarlarla geyinirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm