2016-cı ilin dəb yekunu: Məşhurların 100 sarsıdıcı ziyafət libası - FOTOLAR
Bizi izləyin

Dəb

2016-cı ilin dəb yekunu: Məşhurların 100 sarsıdıcı ziyafət libası - FOTOLAR

Məşhurların 2016-cı ildə geyindiyi 100 sarsıdıcı ziyafət libası

Hər il "Oskar"-ın təqdim olunması ilə başlayır, “Met Gala” və “Kann Festivalı” ilə davam edir, nəhayət ki, “The Fashion Awards” və “American Music Awards” mərasimləri ilə başa çatır. Bütün bu müddət ərzində ulduzlar ya yeni filmini təqdim etmək, ya yeni mükafatı almaq və ya sadəcə özünü göstərmək üçün qırmızı xalıya çıxır və cəlbedici pozalar verir.

Publika.az qonaqların bu il yaddaqalan 100 ən gözəl ziyafət paltarını yada salmağa qərar verib.

“Oskar” mükafatlandırma mərasimi ilin ən gözlənilən mədəniyyət hadisələrindən biridir və şübhəsiz ki, dünya ulduzları qırmızı xalıda bir-birindən gözəl və dəbli görünmək üçün əllərindən gələni edir.

“Met Gala” - Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunun (Metropolitan Museum of Art's Costume Institute) hər il keçirdiyi dəb şousunda isə moda, musiqi, kino sahəsində dünyanın ən tanınmış simaları rəsmi dress-koda əsasən seçdikləri ən maraqlı dəstlərini nümayiş etdirmək üçün gəlir. Bu il “Met Gala”-da yaddaqalan ziyafət libasları arasında Beyonsun slikon, Zoya Sandalın cənnət quşu, Keti Perrinin isə meduza obrazını qeyd etməmək olmaz.

Digər mərasimlərə gəldikdə, ilin favorotləri arasında “Gucci”, “Tom Ford”, “Atelier Versace”, “Armani Prive” kimi brendləri xüsusi vurğulamaq lazımdır.

Əlbəttə ki, Mariya Qraçii Kyurinin “Dior”-la əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş ilk kolleksiyası çıxan kimi hər bir ulduz modapərəst dizaynerin yeni işlərini nümayiş etdirməyi özünə borc bilib.

Yekunlaşdırsaq, Cidi və Bella Hadid bacıları, Kinol Kidman, Salam Hayek, Emi Adams, Bleyk Layvlinin hamilə stili, eləcə də Keyt Blanşet və Ledi Qaqanı qırmızı xalının ən yadda qalan ulduzları adlandırmaq olar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm