Viktoriya Bekham Britaniya imperiyasının ordeni ilə təltif olunacaq - FOTOLAR
Bizi izləyin

Dəb

Viktoriya Bekham Britaniya imperiyasının ordeni ilə təltif olunacaq - FOTOLAR

Viktoriya Bekham moda sahəsində göstərdiyi xidmətlərinə görə Britaniya ordeni ilə təltif olunacaq.

Viktoriya Bekhem moda sahəsində göstərdiyi xidmətlərinə görə Britaniya imperiyasının ordeni ilə təltif olunacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda modelyer kimi fəaliyyət göstərən “Spice Girls” qrupunun keçmiş üzvi Britaniya imperiyasının ordeninə layiq görülüb. Məlum olub ki, Britaniya kraliçası bu Miladda medalla təltif edilənlərin siyahısına Viktoriyanı da daxil edib. Məlumatda bildirilib ki, orden onun moda sahəsində verdiyi töhfələrlə, eləcə də xeyriyyəçiliyə görə təqdim olunacaq.

Xarici KİV-in yazdığına görə, Viktoriya əziyyətinin kraliça tərəfindən qiymətləndirilməsindən çox şad olub. Böyük Britaniya kraliçası modelyerin BMT-nin xoşməramlı səfiri olmasını xatırladıb, HİV və QİÇS-ə qarşı mübarizə proqramlarını yüksək qiymətləndirib.

Xatırladaq ki, məşhur modelyerin futbolçu həyat yoldaşı Devid Bekhem 13 il əvvəl idman sahəsində xidmətlərinə və futbolun inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb. D.Bekham 2003-ci ildə Britaniya imperiyası ordeninin zabiti olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm