Birinci xanım MÖHTƏŞƏM LİBASLARDA - FOTO/VİDEO
Bizi izləyin

Dəb

Birinci xanım MÖHTƏŞƏM LİBASLARDA - FOTO/VİDEO

Balda birinci xanım geyimi ilə xüsusi diqqət çəkib.

Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni prezidenti Donald Tramp dünən səlahiyyətlərinin icrasına başlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, inauqurasiyadan sonra prezidentin şərəfinə bal mərasimi keçirilib. Balda prezidentlə xanımı Melaniya ilə ilk dəfə rəqs edib. Tramp çıxışından sonra ölkənin birinci xanımına müraciət edərək bildirib ki, əgər rəqs etsə, ona şərəf göstərəcək. Daha sonra isə birinci xanım ABŞ ordusunun baş çavuşu Jose.A Medina ilə rəqs edib.

Balda birinci xanım geyimi ilə xüsusi diqqət çəkib. Məlum olub ki, Melaniya Tramp bu önəmli gecə “Carolina Herrera” moda evindən krem rəngli libas seçib. M.Trampın ziyafət libasını məşhur dizayner Yerve Pyer xüsusi olaraq birinci xanım üçün hazırlayıb. Yeri gəlmişkən onu da qeyd edək ki, prezidentin qızı İvanka Tramp da eyni moda evindən geyinib.

Melaniya Trampın andiçmə mərasimində geyindiyi mavi libası isə “Ralph Lauren” moda evinə aiddir. Bu paltarın ABŞ-ın keçmiş birinci xanımı Haklin Kennedinin həyat yoldaşı Con Kennedinin andiçmə mərasimindəki obrazı ilə oxşar olması diqqətdən qaçmayıb.

Birinci xanım “Ralph Lauren” moda evinə aid olan libasda

Леди в голубом: наряд Мелании Трамп сравнили со стилем Жаклин Кеннеди в день инаугурации

Birinci xanım "Reem Acra" moda evinin libasında

Birinci xanım "Carolina Herrera" moda evinin ziyafət libasında

The first lady's dance partner, Jose A. Medina, bravely spun her around as they danced to 'I Will Always Love You'

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm