Baharın 10 çaları - FOTOLAR
Bizi izləyin

Dəb

Baharın 10 çaları - FOTOLAR

Baharın 10 çaları

Yaz-yay mövsümünün dəbdə olacaq rəng çalarları artıq müəyyən olunub.

Publika.az xəbər verir ki, Pantone Rəng İnstitutunun (Pantone Color Institute) amerikalı ekspertləri moda həftələrinin yekunları üzrə yaz-yay mövsümünün 10 ən dəbli rənglərini açıqlayıb. Adıçəkilən institutun mütəxəssisləri bildirib ki, rəng çeşidlərinə dəniz dalğaları və tropik meyvələri xatırladan təbiət çalarları daxildir.

Dizaynerlər bu rəngləri qarderobla bərabər, aksessuarlarda, manikürdə və makiyajda da istifadə etməyi məsləhət görür. Onlar vurğulayıb ki, hər zaman dəbli və zövqlü görünməyin üsulu – qarderoba 2017-ci ildə aktual olan neytral rəngləri daxil etməkdir. Obrazdan asılı olaraq parlaq detallar və aksessuarlar da qatmaq olar.

1. Boza yaxın mavi

1

Boza yaxın mavi 2017-ci ilin yaz-yay mövsümünün əsas rənglərindən biridir. Klassik göy sadəlik, rahatlıq və əmin-amanlığı ifadə edir. Bu rəng o qədər universaldır ki, istənilən çalarla əla uzlaşır. Mavini parlaq, zəngin və pastel çalarlarından tutmuş boğuq rənglərə qədər birləşdirmək olar. Yeri gəlmişkən, mavi birinci variantın qışqıran tonunu balanslaşdıra bilər.

2. Zəngin sarı

2-884

Növbəti əsas rəng zəngin sarıdır. Novruzgülü çiçəyinin isti çaları bizi enerji ilə doldurur və əhval-ruhiyyəni qaldırır. Bu çalar dərin göy və digər neytral rənglərlə son dərəcə gözəl görünür. Məlahətli, lakin zəngin rəng sarı yay donları arasında mütləq trend olacaq.

3. Tünd göy

3-782

Güclü və inamlı göy intensivliyi ilə valeh edir və məqsədlərinə nail olmaq üçün müsbət enerji bəxş edir. Okean dibini xatırladan dərin göyü 2017-ci ilin yaz-yay kolleksiyalarında da görmək olar. Tünd göy onunla təzad təşkil edən intensiv sarı ilə ideal vəhdət yaradır və bir-birini əla tamamlayır. Bu çalar kifayət qədər cəlbedici olsa da, istəyə görə onu mövsümün digər parlaq rəngləri ilə qarışdırmaq mümkündür.

4. Narıncı

4-698

Narıncı 2017-ci ilin yaz-yay mövsümünün dəb palitrasının fonunda xüsusilə seçilir. Bir çox dizaynerlər yaz kolleksiyalarında narıncı rəngdə çoxsaylı geyimlər nümayiş etdirib. Bu rəngi digər tonlarla qarışdırmamaq daha yaxşıdır, çünki özü-özlüyündə çox gözəldir. Buna baxmayaraq, stilistlər alov sarısını başqa rənglə qarışdırmağın əleyhinə deyil. Alov sarısı birmənalı olaraq mövsümün bəyənilən çaları olacaq.

5. Açıq mavi

5-642

Açıq mavi isə dəniz səthinin rəngidir, hansı ki, bu çaları təbiətdə yalnız səma ilə okenanın birlişdəyi cənnət adalarında görmək olar. Xüsusilə ağappaq qumun fonunda mavi daha şəffaf görünür. Açıq mavi yaz-yay qarderobu üçün ideal seçimdir. O istər paltolarda, istər yun jaketlərdə, istərsə də yüngül yay paltarlarında eyni dərəcədə effektli görünür. Açıq mavini mövsümün digər dəbli rəngi - zərif çəhrayı və ya neytral çalarlarla birləşdirməyə çalışın.

6. Zərif çəhrayı

6-575

Güclə sezilən zərif çəhrayı çaları çiyələkli dondurma kremi görünür. Bununla belə hətta çox ciddi qadınların qarderobunu gözəl bəzəyəcək. Adıçəkilən zərif çalar sanki insana yüngüllük və rahatlıq verir. Bu rəng sadəliyi və təmizliyi təmsil edir. Solğun çəhrayı xüsusilə kəşmir, incə və zərif ipək, uçan şifon kimi materiallarda effektli təsir bağışlayır. Çəhrayı mövsümün başqa çalarları ilə əla uzlaşır. Lakin onun zəngin ahəngi mavi ilə daha çox vəhdət təşkil edir.

7. Yaşıl

7-530

Biz artıq ot yaşılının ilin əsas trendi olacağını xəbər vermişdik. Təzə bahar yarpaqlarını xatırladan yaşıl özü-özlüyündə enerjili rəngdir. Odur ki, yaşıl əsas top onluğuna düşməyə bilməzdi. Bu çalar eynilə zəngin sarı kimi bizi təbiətə yaxınlaşdırır, enerji ilə doldurur və əhval-ruhiyyəni qaldırır. Yaşıl rəng özü nadir hallarda təkbaşına istifadə olunur. Onu adətən çoxsaylı rənglərin fonunda görmək olar. Əgər bu rəng üz dərinizə düşmürsə, çıxış yolu kimi onu aksessuar, ayaqqabı və çantalarda istifadə etməyi tövsiyə edirik.

8. Parlaq çəhrayı

8-484

Yaz-yay mövsümünün dəbdə olan rəngləri siyahısına parlaq çəhrayı da daxildir. Bir çox kolleksiyalarda çəhrayının dolğun versiyası daha çox nəzərə çarpır. Sırğagülü dibçək bitkisinin çiçəklərini xatırladan çəhrayı, özünün yumşaq çalarları ilə yaxşı görünür. Ümumiyyətlə, parlaq çəhrayı mürəkkəb rəngdir, onu başqa çallarla birləşdirmək üçün incə estetik duyum lazım olacaq. Sözügedən rəng boğuq-yaşıl ilə uzlaşır, onu həmçinin variantı pastel variantları ilə birləşdirə bilərsiniz.

9. Zeytun yaşılı

9-448

Qarşıdan gələn mövsümünün əsas rənglərindən biri də solğun yaşıldır. Yaşılın bu çaları zeytun meyvələri ilə assosiasiya olunur. Zeytun yaşılı həm nadir, həm də universal çalardır, eyni zamanda solo ifa üçün də əlverişlidir, əlavə olaraq, başqa daha zəngin rənglərlə əla uzlaşır. Məsələn, tropik çəhrayı, gözqamaşdırıcı qırmızı və dinamik sarı kimi parlaq rəng palitrası ilə maraqlı ahəng yaradır.

10. Qoz və fındıq qəhvəyisi

10-416

Top onluğu meşə qozu və ya fındıq çalarları bağlayır. O istənilən adamın dəri tonuna yaraşan sakit neytral rənglər siyahısına daxildir. Bu çalar kifayət qədər işıqlıdır və südlü qəhvə rəngini xatırladan neytral rəngə yaxındır. Klassik, təmkinli obrazları sevənlər üçün ideal seçimdir. Ümumiyyətlə, açıq qəhvəyi hər yerdə qarşımıza çıxacaq: ayaqqabı, çanta, köynək, don, toplar, hətta paltoya qədər. Bu rəngdə paltar alın və gündəlik gözəl obrazlar yaratmaq üçün istifadə edin.

P.S. Ümid edirik ki, siyahı sizə yaz aylarında alış-veriş zamanı köməyinizə çatacaq və seçdiyiniz geyimlər əsl bahar əhval-ruhiyyəsinə uyğun olacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm