Dəb
Bahar stilinin zəruri atributu: miniatür və parıltılı çantalar - FOTOLAR
Cəmi bir sadə üsulla yaz stilini nəzərəçarpacaq dərəcədə zənginləşdirmək olar. Bu sadə üsulu kiçik ölçülü çantalar sayəsində həyata keçirəcəksiniz.
Publika.az xəbər verir ki, yeni mövsümdə qadın çantalarının həddən artıq parlaq və mini variantı çox məşhurdur. Bu çantaları xüsusilə ən adlı-sanlı modapərəstlər taxır. Bu halda siz niyə onlardan biri olmayasınız?
Yaz-yay mövsümü kolleksiyalarının nümayişi zamanı dizaynerlər bir-birindən fərqli modellər təklif edib. Onlar arasında hətta telefonlarımızın yerləşmədiyi kiçik ölçülü, zəncirli və qutu kimi çantalar xüsusilə seçilir. Mini çantaların əsas özəlliyi pul qabı qədər kiçik olmasıdır. Yəni, qadınlar daha çantalarına lazımsız əşyaları doldura bilməyəcək. Onların içinə kredit kartı, brelok, açar və yalnız pomada kimi ən zəruri əşyaları yerləşdirmək mümkün olacaq. Kiçik çantaları sevməyənlərə dizaynerlər nisbətən daha böyük modelləri taxmağı məsləhət görür.
Çantaların dizaynı da diqqətəlayiqdir. Çiçək motivlərinin bahar aylarının əsas bəzək elementi olduğunu hamımız yaxşı bilirik. Çiçək motivləri demək olar ki, bütün markaların çanta kolleksiyalarında gözə dəyir. Çiçək motivləri çantaları bəzəyərək xanımlara zərif obraz yaratmağa kömək edir. Bir sözlə, bahar əhval-ruhiyyəsi bu aksessuarda öz əksini tapıb.
Aytən
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı