Təmtəraqlı ziyafət libasları ilə qırmızı xalıda gözoxşayan ULDUZLAR - FOTO
Bizi izləyin

Dəb

Təmtəraqlı ziyafət libasları ilə qırmızı xalıda gözoxşayan ULDUZLAR - FOTO

Təmtəraqlı ziyafət libasları ilə qırmızı xalıda gözoxşayan ULDUZLAR - FOTO

Xəbər verdiyimiz kimi dünən Los-Ancelesdə 89-cu “Oskar 2017” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gecədə Emma Stoun, Nikol Kidman, Priyanka Çopra. Meril Strip, Cessika Bil, Dakota Conson, Şarlz Teron, Krissi Teyqen, Karli Kros, Castin Timberleyk, Ceki Çan və digər Hollivud ulduzları iştirak edib.

Heç kimə sirr deyil ki, Hollivud aktrisaları və modelləri sözügedən mərasimə bir neçə ay əvvəlcdən hazırlaşır. Axı “Oskar” mükafatlandırma mərasimləri həm dünya ulduzları, həm də moda dünyası üçün olduqca əlamətdar hadisədir. Məşhurların həmin mərasimə nə geyindikləri ox önəmlidir. Çünki mükafatlar öz sahiblərinə təqdim edildikdən sonra ulduzların geyim seçimi müzakirə olunmağa başlayır.

Şübhəsiz ki, dünya ulduzları qırmızı xalıda qüsursuz görünmək üçün əllərindən gələni edir və bir-biri ilə dəb yarışına girirlər. Bu məsələdə onlar stilistlər, diyetoloqlar, eləcə də kosmetoloqların köməyinə arxalanır.

Bu il “Oskar” mərasimində qırmızı xalıda təmtəraqlı libasları ilə göz oxşayan ulduzların ziyafət libaslarını təqdim edirik.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm