"Qadınların bütün sirləri mənə agahdır" - FOTOLAR
Bizi izləyin

Dəb

"Qadınların bütün sirləri mənə agahdır" - FOTOLAR

Ən məhrəm hissləri, gənclik arzuları, biznesdə ilk addımlarından danışıb.

Kristian Lubutenin fantaziyaları o qədər genişdir ki, hətta dəbi izləməyən və dəbə nifrət edən kişilər də qadınların ona qarşı olan sevgisindən xəbərdardır. Axı dizayner qadını tamamilə dəyişdirməyi və cazibədar göstərməyi çox yaxşı bacarır. Ayaqqabı ustası bunu iti burunlu, dikdabanlı, qırmızı altlıqlı stilettolarının sayəsində edir.

Картинки по запросу christian louboutin stiletto

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kristian Lubuten öz şəxsiyyətinin qəribə cəhətlərini açıqlayıb. Dizayner “Elle.ru”-ya ən məhrəm hissləri, gənclik arzuları, biznesdə ilk addımlarından danışıb.

Brend haqqında

1990-cı illərdə mənim şərikim bildirdi ki, "Sənə faks lazımdır!”. Təəccübdən “Nə danışırsan? Mən ayaqqabı eskizləri çəkirəm, faksı neyləyirəm?”, - deyə cavab verdim. Onda dostum çox yüksək səslə dedi ki, heç nə başa düşmürəm və mənə doğrudan da faks lazımdır. Həmin illərdə biznes planları haqqında da heç düşünmürdüm, şən dövrlər idi”.

Yaradıcılıq eşqi

Əslində mən şəkil çəkməyi bacarmıram və yalnız yaxşı ayaqqabı rəsmləri çəkirəm. Hətta sifarişlərim olmayanda hər gün, səhərdən naharadək rəsm çəkirdim. İşlərim az idi və mən tez-tez xəyala dalırdım ki, nə vaxtsa hansısa moda evi, məsələn, “Versace” üçün ayaqqabılar çəkəcəyəm. 1980-cı illərdə onlarda vakansiya var idi, fikirləşdim ki, mənim rəsmlərim onları maraqlandıra bilər. Albomu işləyib qurtardım, amma onlara zəng edib "Sizin moda evi üçün ayaqqabı eskizləri hazırlamışam" deməyə cürət etmədim.

Dizaynerin şah əsəri

Sözsüz ki, bu, stilettolardır. Niyə? Stilettolar sima kimidir. Siz qadına baxırsınız, o, gözəldir. Makiyaj əlavə edirsiniz və onu tamamilə dəyişdirib gözəlləşdirirsiniz. Eyni hekayəni dikdaban ayaqqabılara da aid etmək olar. Əgər stiletto yaratmağı bacarırsansa, istənilən ayaqqabı cütü düzəldə bilərsən.

Gənclik arzuları

17 yaşım olanda mən Parisdə “Les Folies Bergere” kabaresində işləyirdim. Rəqqasələrin lələkli və sarsıdıcı səhnə kostyumları mənə ekzotik cənnət quşlarını xatırladırdı. Amma yeganə natamam detal – ayaqqabılar idi. Onda ürəyimdən bu quşlar üçün ayaqqabılar yaratmaq keçdi. Və beləliklə özümü tamamilə bu işə həsr etdim.

Hobbisi barədə

Mənim hobbim birbaşa yaradıcılığıma təsir edir. Landşaft dizaynı ilə maraqlanıram, bir neçə bağ, park və səki dizayn etmişəm. 1989-ci ildən 1991-ci ilədək mən ümumiyyətlə, ayaqqabı dizaynı ilə məşğul olmurdum, dünya landşaftlarını araşdırırdım.

Qadın sirləri

Uşaqlıqdan qadınlar: 3 bacım və anam əhatəsində böyümüşəm. Ailədə ən kiçik övlad idim, xüsusi diqqət görmürdüm, amma bunun sayəsində onların bütün sirləri mənə məlum olmuşdu. O vaxtdan bəri içimdə sanki bir neçə şəxsiyyət var: qadınların xoşladığı eşqbaz və qadınlara pərəstiş edən kişi, dizayner və qadınların dostu. Onlar üçün ayaqqabını yaradanda içimdəki dizayner mənə səslənir: “Bu gözəldir", qızların rəfiqələri: "Bu gözəldir, amma sənin topuğun tam görünəcək", qadınların xoşladığı eşqbaz kişi: “Heç vaxt”. Və kimsə səssiz əlavə edir: "Kimə nə fərqi var?"

Kişi ayaqqabıları haqqında

Bir dəfə müğənni Mika zəng etdi və onun şousu üçün ayaqqabı hazırlamağımı istədi. O, məni bu sözləri ilə razı saldı: “Rəfiqələrim sizin ayaqqabılarınızı geyinəndə xoşbəxt olurlar. Mən də səhnədə xoşbəxt olmaq istəyirəm!". Fikirləşdim ki, bu, yaxşı arqumentdir və o vaxtdan bəri kişilər üçün ayaqqabı istehsal etməyə başladım.

Trendlər haqqında

Hətta sən çox çılğın olsan belə, ayaqqabını yarım ildən sonra tullamaq üçün almırsan. Odur ki, mən hər zaman dəbdə olan modelləri yaratmağa üstünlük verirəm.

Gözəllik haqqında

Mənim ikonam aktrisa Silvina Manqanodur. Onun çox parlaq siması və inanılmaz dərəcədə məlahətli səsi var idi. O, mənə misir çariçası Nefertitini xatırladırdı. Amma Silvinanı təbii gözəl adlandırmaq olmazdı. O, hər zaman qüsurlarını makiyaj vasitəsilə ustalıqla gizlədirdi. Mənə elə gəlir ki, qadın necə görünməsinə görə məsuliyyət daşımalıdır. Bu, azadlıq və zəka əlamətidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm