Dünyanın ən nüfuzlu moda markalarının adları açıqlandı - FOTOLAR
Bizi izləyin

Dəb

Dünyanın ən nüfuzlu moda markalarının adları açıqlandı - FOTOLAR

Bu, nə “Prada”, nə də “Chanel”-dir.

Lüks brendlər moda sənayesinin əsas oyunçuları sayılır. Lakin bu siyahının liderləri nə “Prada”, nə də “Chanel”dir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın “Proof Finance” konsaltinq firması dünyanın ən nüfuzlu 50 brendinin siyahısını açıqlayıb. Ekspertlər siyahını marketinq investisiyaları, satış gəlirləri ilə yanaşı, malların keyfiyyəti, işçi məmnuniyyəti və şirkətin nüfuzuna əsasən qiymətləndirib.

Nəticədə, illik gəliri $ 32 mlrd olan “Nike” idman markası siyahının mütləq lideri olub. Məlum olub ki, bu rəqəm ötən ilki göstəricilərlə müqayisədə 13% çoxdur. Markanın uğur əldə etməsi həyata keçirdiyi bir sıra və yüksək profilli və təsirli kampaniyaları ilə bağlıdır. Buraya məşhurlarla birgə əməkdaşlıq, hicablı xanımlar və kök insanlar üçün buraxdığı kolleksiyalar da daxildir.

Ən maraqlısı isə demokratik brendlər cərgəsinə daxil olan “Zara”nın "Chanel" və "Prada" kimi bahalı markaları gedirə qoyaraq siyahının üçüncüsü olmasıdır.

“Brand Finance” şirkətinin hazırladığı ən nüfuzlu markaların top onluğunu təqdim edirik:

1. “Nike”, $ 32 milyard

2. “H & M”, $ 19 milyard

3. “Zara”, $ 14,4 milyard

4. “Louis Vuitton”, $ 13 milyard

5. “Adidas”, $ 10 milyard

6. “Uniqlo”, $ 9,6 milyard

7. “Hermes”, $ 8,3 milyard

8. “Rolex”, $ 7 milyard

9. “Gucci”, $ 6,8 milyard

10. “Cartier”, $ 6,7 milyard

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm