Müasir qadınları çılpaq deyil, örtülü görmək istəyən dizayner - FOTOLAR
Bizi izləyin

Dəb

Müasir qadınları çılpaq deyil, örtülü görmək istəyən dizayner - FOTOLAR

Qadını soyundurub intim yerlərini göstərmək əvəzinə...

Qadın bədəni bütün dövrlərdə sənətkarların, şairlərin və rəssamların ilham predmeti olub və olmaqdadır. Bununla belə dekolte və yarıqlar vasitəsilə qadını soyundurub intim yerlərini göstərmək əvəzinə, öz ilhamını təbiətdən alıb onları geyindirməyə çalışanlar da az deyil.

Məsələn, Lela Rouz dünyada yeganə dizaynerlərdəndir ki, qadın gözəlliyini vurğulamağın yeganə yolunun açıq-saçıq geyimlər olmadığını, bunun sadə və qapalı libaslarla da mümkün olduğunu sübut edə bilib. Yazının qəhrəmanı da elə Lela Rouzdur.

O, zərifliyi ilə seçilən detalları, əl işləri və özünəməxsus estetikası ilə müasir Amerika dəbinə yenilik gətirən istedadlı dizaynerdir. Amerikalı dizyaner hesab edir ki, qadınların kiminsə xoşuna gəlmək üçün bədənini dərin dekolte və yarıqlar vasitəsilə nümayiş etdirməsinə ehtyac yoxdur. O, maksimum qapalı fasonlar yaradaraq qadını kişi üçün müəmmalı və maraqlı edir. Mütəxəssislər hesab edir ki, hətta hər bir ultraqlamur modapərəst də dizaynerin kolleksiyasında öz zövqünə uyğun nələrsə tapa bilər.

Beləliklə, Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə oxucuları amerikan brendi “Lela Rose”un yaranması və keçdiyi inkişaf yolu ilə tanış edir.

Lela Texasda böyüyüb, təhsilini isə Koloradoda alıb. Koloradonun əlvan təbiəti, landşaftları və parlaq rəngləri Lelanun hələ uşaqlıq illərindən ilham mənbəyi olub. Bu gün isə Lela erkən yaşlarda təsirləndiyi Kolorado təbiətindən ilham almağı davam etdirərək müasir qadınlar üçün zərifliyi təcəssüm etdirən paltarlar yaradır.

Dizayner 1993-ci ildə Parson dizayn məktəbini bitirdikdən sonra Riçard Tayler və Kristian Frensis Rotın yanında işləyib. Burada onun kuturye olmaq arzuları o qədər böyüyür ki, detallarla işləməyin bütün sirlərinə bələd olub. Dəbə olan sonsuz eşqi onu 1998-ci ildə öz adını daşıyan xüsusi "Lela Rose" brendini yaratmağa vadar edib. Lela dolaşıq, amma səliqəli detalları və naxışları birləşdirmək bacarığı sayəsində özünü tanınmış dizayner kimi doğruldub.

Ümumiyyətlə, “Lela Rose” moda evinin əsas fəlsəfəsi özündə mürəkkəbliyi və israfçılığı birləşdirən əl işi, göz nuru üzərində qurulub. Gözəl bəzədilmiş parçalar dizaynerin eleqantlığından xəbər verir və moda evinin innovasiya əsasını təşkil edir. Bu gün qlamur dövrü bu yeni parçalar qarşısında tənzim edir. Dizaynerin kolleksiyalarında əsasən açıq rənglərə yer verir. O, bunu belə izah edir: “Müxtəlif rəngləri və teksturaları qarışdırmağı sevirəm. Geyindiklərimdən özüm də zövq almağı sevirəm. Yeri gəlmişkən, heç vaxt qara rəng paltar geyinmirəm. Qaranı sevmədiyim üçün kolleksiyalarda ona daha az yer verirəm. Hesab edirəm ki, özünə əmin və hər zaman baxımlı olmağa çalışmalısan. Əsil zəriflik və qlamur imic bax budur! Mənimçün anam zövq və əsil zəriflik örnəyi olub. O, həyatımdan tanıdığm ən zövqlü insan idi".

Картинки по запросу lela rose designer husband

Lela Rouzun 2001-ci ildə Corc Buşun andiçmə mərasimində onun qızları Cenna və Barbara Buş üçün paltar hazırlaması populyarlığının artmasına daha da təkan verir. Bu vaxta qədər isə o, əsasən fərdi müştərilərlə işləyirdi. Bundan sonra o, pərakəndə şirkətləri və öz bizneslərini genişləndirməyə başlayıb.

Картинки по запросу george bush twins 2001

2006-ci ilin payızında isə dizaynerin ilk gəlinlik kolleksiyası təqdim olunub. Kolleksiya dizaynerin əmtəə nişanı sayılan texnologiyaları və qeyri-ənənəvi parçaların vəhdətindən ibarət idi. Qüsursuz keyfiyyəti və kuterye həssaslığı bu paltarların orijinallığına zəmanət verirdi. “Lela Rose Wedding” kolleksiyası bütün ölkədə, eləcə də beynəlxalq səviyyədə ən çox satılan gəlinliklərdir.

Beləliklə də “Lela Rose” qısa zaman kəsiyində amerikalı xanımların rəğbətini qazana bilir. Brendin məhsulları artıq 75 ixtisaslaşdırılmış mağazalarda, həmçinin Tayvan, Yaponiya, Kanada, Avropa, Rusiya, Yaxın Şərq və başqa ölkələrdə satılmağa başlayır.

“Gəlinlik kolleksiyalarında əsas məqsədim qızlar üçün nostalji hisslər yaradan, rahat hərəkət ediləcək yüngül, zərif və gözəl paltarlar hazırlamaqdır. İstəyirəm ki, qızlar gəlinlik paltarı geyinəndə əlavə ağırlıq hiss etməsin, əksinə özlərini sanki suda üzürmüş kimi maksimum komfortlu hesab etsinlər. Bu səbəbdən də yüngül parçaları və müxtəlif üslubları birləşdirirəm”, - deyə Lela bildirib.

Картинки по запросу lela rose designer husband

Hər iki kolleksiyanı uğurla inkişaf etdirən Lela növbəti ildə biznesini genişləndirməyə qərar verib. O, 2007-ci ildə ucuz ayaqqabı və aksessuarlar kolleksiyasını təqdim edib. Rouz münasib qiymətə ayaqqabı markası yaratmaq üçün “Payless Shoesource” ilə əməkdaşlıq edib. 2008-ci ilin sonunda isə dünya şöhrtəli dizayner statusunu alan Lela xüsusi günlər üçün ziyafət və ayaqqabı kolleksiyasını buraxıb.

2009-ci ildə Lela Rouz Lela “Dessy” qrupu ilə tərəfdaşlıq edərək “Lela Rose Bridesmaid”, yəni, gəlinin rəfiqələri üçün hazırlanmış geyimlərdən ibarət kolleksiya yaratdığını elan edir. Sözügedən kolleksiya bütün ölkə mağazalarında, eləcə də Kanada və Birləşmiş Krallıqda satış redkordu qırır.

“Lela Rose” brendi ildən-ilə inkişaf edir və geyim xəttini artırmaqda davam edir, amma Lelanun işinə olan sədaqəti, ehtirası və estetikası dəyişməz olaraq qalıb. Qeyd etmək lazımdır ki, “Lela Rose” Cessika Alba, Krissi Teyqen, Eva Mendes kimi dünya ulduzlarının, hətta Amerikanın eks birinci xanımı Mişel Obamanın da sevimli geyim markasıdır. Dizayner geyim xəttini genişləndirməsini bununla izah edir: “Biz qadınlar üçün həyatının hər anında geyinə biləcəyi paltarlar hazırlamağa çalışırıq. Zərif konstruksiyalar sahibinə əminlik verir və onlar əla görünür. Geyimdə həmişə universallığı və rahatlığı sevmişəm. Bütün bunları siz bizim kolleksiyalarımızda görə bilərsiniz".

Qeyd edək ki, amerikalı dizayner hazırda ailəsi ilə birlikdə Nyu-Yorkda yaşayır. Onun bir qızı və bir oğlu var.

Картинки по запросу lela rose designer husband

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm