Yeni dəb - Şəffaf cinslər - - FOTOLAR
Bizi izləyin

Dəb

Yeni dəb - Şəffaf cinslər - - FOTOLAR

Martda onlayn satışa buraxılan "Topshop" istehsalı olan şəffaf poliuren materialdan hazırlanan cins şalvarlar dünyanın ən eybəcər şalvarı hesab edilib.

Publika.az xəbər verir ki, şəffaf materialdan hazırlanan cinslər potensial alıcılar tərəfindən tənqid olunub.

Sosial şəbəkələrdə paylaşılaraq geniş müzakirələrə səbəb olan yeni model şalvarlar amerika saytlarında 100 dollardan başlayan qiymətlərlə satılıb.

İstehsalçı yeni model cinslərin əsasən festival və maskarad kostyumu şəklində nəzərdə tutulduğunu bildirib:

"Lakin siz onları gündəlik həyatda da istifadə edə bilərsiz. Məsələn, rəngli polverlərlə kombin etmək, qısa ətəklərin altındandan geyinmək olar.

Alıcıların mənfi reaksiyasına səbəb olan şalvarlar haqında şəbəkə istifadəçiləri:"İnsanlar sizi müzakirə edəcəklər", "Topshop, sən sərxoşsan","Yenilik etmək naminə ortaya yararsız bir məhsul çəxarmısız" kimi fikirlər qeyd olunub.

Məhsulu istifadə edənlər isə əminliklə ifadə edirlər ki, poliuretan materialdan olan şalvarlar dəhşətli dərəcədə tərlədir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm