Plastik cərrahiyədə YENİLİK - Dodaqlar tamam başqa cür olacaq - - FOTO
Bizi izləyin

Gözəllik

Plastik cərrahiyədə YENİLİK - Dodaqlar tamam başqa cür olacaq - - FOTO

Plastik cərrahiyyə sahəsində yeni trend yaranır. Bu daha çox qeyri-adi dodaqları sevən qızları sevindirəcək.

Publika.az xəbər verir ki, plastik cərrahiyə sahəsindəki yeni trend əsasən Yaponiya və Asiya ölkələrində müşahidə edilib.

Mütəxəssislər cərrahi əməliyyata çox yüksək tələbat olan ölkələrdə yeni prosedur keçiriblər. Cərrahlar üst dodaqda gözə çarpacaq dərəcədə əyrilik yaradaraq ona xüsusi forma veriblər.

Kifayət qədər ağrılı əməliyyatdır. Cərrahlar dodağın həm üst, həm də selikli qişasını yararaq müəyyən toxumaları çıxardıblar. Daha sonra dodaqlar estetik şəkildə tikilib.

Bütün proses təxminən yarım saat davam edir. Tikişlər 1 həftə sonra təmiz sağalır. Dodaqların bu quruluşu nisbətən dişlərin görünməsinə şərait yaradır ki, cərrahlar da bunu qadınları daha cazibədar və çəkici göstərdiyini deyir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm