Dəb
Prezident xanımı öpüşü və geyimi ilə diqqət mərkəzində - FOTOLAR
Xəbər verdiyimiz kimi, dünən Fransada, Yelisey Sarayında ölkənin tarixində ən gənc prezidenti seçilən Emmanuel Makronun andiçmə mərasimi keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Fransua Olland öz səlahiyyətlərini 39 yaşlı Emmanuel Makrona təhvil verib.
Bu təntənəli hadisə üçün Fransanın yeni birinci xanımı Bricit Makron “Louis Vuitton” moda evindən göy çalarlı kostyum, bej rəngli əl çantası və ayaqqabı seçib. Moda tənqidçiləri artıq onunla Amerikanın birinci xanımı Melaniya Trampın andiçmə mərasimində geyindiyi paltarın müqayisəsini aparıb. Dəb mütəxəssisləri bildirib ki, Bricit Makron da inauqurasiya mərasimi üçün eyni ilə Melaniya Tramp kimi mavi kostyum seçərək onu təkrar edib.
Lakin məlum olub ki, Fransa prezidenti həyat yoldaşından fərqli olaraq təntənəli açılışa “Jonas & Cie” moda evindən qiyməti 450 avro olan sadə kostyumda gəlib. Bu barədə yeni prezidentin mətbuat katibi məlumat verib.
Qeyd edək ki, Fransanın yeni prezidenti Emmanuel Makronun həyat yoldaşının özündən 24 yaş böyük olması dünya mətbuatından böyük səs-küyə səbəb olmuşdu.
Prezidentin hər kəsin gözü önündə xanımının dodaqlarından öpməsi isə günün əsas mövzularından biri olub.
Aytən
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır