• USD 1,7012 0,00% EUR 1,9839 -0,09%
    • GBP 2,2164 +0,09% RUB 0,0284 -0,70%

Dünyanın moda paytaxtları siyahısına Bakı da daxil oldu

  • Dəb
  • 18 May 2017 16:15
  • 797 Baxış
Dünyanın moda paytaxtları siyahısına Bakı da daxil oldu

Nəhayət, dünyanın moda paytaxtları siyahısına haqlı olaraq doğma Bakı da daxil olub!

Publika.az xəbər verir ki, yerli dizaynerlər üçün aparıcı dəb jurnallarının parlaq səhifələrinə və beynəlxalq baerlərlə təcrübə mübadiləsinə aparan yol artıq açıqdır. Bakı isə öz növbəsində alış-veriş və yerli mədəniyyətlə tanışlıq üçün gündən-günə daha çox ardıcıl toplamaqdadır.

MERCEDES-BENZ FASHION WEEK (MBFWBaku) növbəti mövsümün trendlərini diktə edən, dünya moda arenasına yeni adlar gətirən ən nüfuzlu və tanınmış hadisələrdən biridir. MBFWBaku paytaxtda keçirilən tədbirlərin uğurlu davamı kimi, bu siyahıya heç də təsadüfi şəkildə daxil edilməyib. 25-28 may tarixlərində Azərbaycanda ilk dəfə MBFWBaku moda tədbiri həyata keçiriləcək.

Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən 16 dizaynerin əl işi Passaj 1901-in təqdim etdiyi podiumda yer alacaq. Şou zamanı payız-qış 2017-2018 kolleksiyası nümayiş olunacaq. MBFWBaku açılışını mayın 25-də moda həftəsinin daimi hedlayneri, məşhur dizayner Avtandil mono-şou ilə edəcək.

Həmçinin, beynəlxalq layihənin qonaqları sırasında Rusiya və xarici yarışların daimi iştirakçısı, Londonda Qraf Tolstoyun şərəfinə keçirilmiş bala dəvət edilmiş Sibirin yeganə rəssam-modelyeri Svetlana Bekareva, Türkiyədən Raşit Bağzıbağlı, Ukraynadan Kaxo, GiGU, Liza Manner, Özbəkistandan dizaynerlər Sabina Nazer, Anor Atelier, Behzod Saitov (Sharq Liboslari) görmək mümkün olacaq. Yerli dizaynerlərdən isə Gülnarə Xəlilova və Proje komandası öz kolleksiyalarını nümayiş etdirəcəklər. MBFWBaku debütantları dəstəkləyir.

MBFWBaku-nun birinci mövsümündə Tarsel, Renara, Modamaniya, Aidem, SiViVa, L’impero, Chiragli brendləri öz kolleksiyalarını ilk dəfə olaraq təqdim edəcəklər. Dizaynerlər öz kolleksiyalarının sadəcə nümayişini deyil, həmçinin unudulmaz şou hazırlayıblar.

Moda həftəsini MBFWBaku çərçivəsində ustad dərslərindən ibarət təhsil proqramı tamamlayacaq. Mayın 28-də saat 00.00-da moda həftəsi bitdikdən sonra Bakının mərkəzində yerləşən restoranların birində geniş miqyaslı after parti elan edəcək.

MBFWBaku Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. MBFWBaku çərçivəsində Passaj 1901-də saat 10.00-22.00-dək Azərbaycan və digər ölkələri təmsil edən dizaynerlərin geyim və aksessuar kolleksiyalarından ibarət şou room fəaliyyət göstərəcək. MBFWBaku ilk mövsümü yerli və əcnəbi KİV nümayəndələri, həmçinin beynəlxalq televiziya kanalı, rəsmi tərəfdaş IDFashion TV (Ukrayna), Hello (Gürcüstan), Nargis (Azərbaycan), Elle (Ukrayna), Vogue (Ukrayna) tərəfindən işıqlandırılacaq.

Paytaxtımızda keçiriləcək MBFWBaku ilk mövsümünə yerli və əcnəbi moda bazarının aparıcı baerləri dəvət edilib.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR