Müsəlman milyarderin qızı açıq-saçıq geyimi ilə NƏFƏS KƏSDİ - OVSUNLAYAN FOTOLAR
Bizi izləyin

Dəb

Müsəlman milyarderin qızı açıq-saçıq geyimi ilə NƏFƏS KƏSDİ - OVSUNLAYAN FOTOLAR

Dünya şöhrətli model Bella Hadid dünən Kann Festivalı çərçivəsində “amfAR” xeyriyyə gecəsinə geyindiyi libasla yenə gündəm yaradıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bədənini böyük məmnuniyyətlə nümayiş etdirən model gecəyə kristallarla işlənmiş ultraseksual şəffaf libasda gəlib. O, “Ralph & Russo” markasına aid olan paltarıyla bütün ulduzları kölgədə qoyub.

Şəffaf tülün üzərini bəzəyən gümüşü naxışlar və muncuq dənələri fantaziya üçün yer qoymayıb və modelin qaralmış dərisi açıq şəkildə görünüb. Bella sehrli paltarı zərif, üstü açıq gümüşü bosonojkalarla tamamlayıb. Geyim özü kifayət qədər parıltılı olduğu üçün model aksessuarlardan imtina edib. Sadə makiyaja üstünlük verən Hadid saçını sıx toppuz yığıb.

Qeyd edək ki, model Fələstin əsilli və amerikalı multimilyoner Məhəmməd Hadidin qızıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm