Təsadüfi bir kadr birinci xanımları İFŞA ETDİ - FOTOLAR
Bizi izləyin

Dəb

Təsadüfi bir kadr birinci xanımları İFŞA ETDİ - FOTOLAR

Xəbər verdiyimiz kimi, ABŞ və Fransanın birinci xanımı NATO sammitində görüşüblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Brüsseldə keçirilən NATO-nun sammitində jurnalistlər danışıqlar prosesini və dövlət başçılarını diqqətlə izləyir, moda jurnalları iə birinci xanımların obrazları üzərində baş sındırır. Belə ki, birinci xanım statusunu bu yaxınlarda qazanan Melaniya Tramp və Bricit Makron Belçika paytaxtında tədbirlərin birində görüşüb, onların birgə fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçilərinin fikrincə, cəmi bir təsadüfi kadr hər iki qadının xarakterini açıb: Missis Tramp hər zamankı kimi ciddi görünür, amma Bricit Makron səmimi və təbii. Fransanın birinci xanımı “Louis Vuitton”-dan olan qısa ətəkli don, Donald Trampın xanımı isə əskinə “Maison Ullens” moda evindən ciddi biznes-ledi tərzini xatırladan dəst seçib.

Xatırladaq ki, Miss Makronun Fransa prezidentinin inaqurasiyasında geyindiyi paltar Melniya Trampın obrazı ilə müqayisə olunmuşdu. Moda tənqidçiləri onunla Amerikanın birinci xanımı Melaniya Trampın andiçmə mərasimində geyindiyi paltarın müqayisəsini aparmışdı. Məlum olmuşdu ki, hər iki ledi ərlərinin inauqurasiyası üçün eyni çalarlı dəst seçib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm