Hamam başmağı ilə küçəyə çıxmaq dəbdədir - FOTOLAR
Bizi izləyin

Dəb

Hamam başmağı ilə küçəyə çıxmaq dəbdədir - FOTOLAR

Çoxları dünya şöhrtəli dizaynerlərin podiumlarda hamam başmaqlarını nümayişə çıxarmasını hələ də həzm edə bilməyib. Amma onlar artıq gündəlik obrazın əsas detallarından birinə çevrilmək üzrədir.

Publika.az xəbər verir ki, hamam başmaqları geyinən qızlar daha sadəcə çimərliklərdə deyil, eləcə də şəhərin küçələrində də qarşımıza çıxacaq. Yalnız onları köhnə qaydada olduğu kimi ayaqlayın deyil, corabla geyinmək təklif olunur.

Bir vaxtlar dəb mütəxəssislərinin şiddətlə tənqid etdiyi başmaqla corab tandemi mövsümün əsas tendensiyası olmağa iddialıdır. Rihanna kimi tanınmış dəb ikonalarının bu tərzə müraciət etməsi isə modapərəstləri onun izi ilə getməyə həvəsləndirir.

Rihanna hətta klassik dəstlərini də bu ayaqqabılarla tamamlamığı sevir. Bununla da istehzalı yumor hissini nümayiş etdirir. Görünür ki, ulduz konsertlərdə və tədbirlərdə saatlarla narahat dikdaban ayaqqıların üzərində dayanmaqdan bezib və rahat başmaqların aktual olduğu bir vaxtda bu fürsətdən gen-bol istifadə etmək qərarına gəlib. Ümumiyyətlə hamam başmaqlarının həvəskarları arasında müxtəlif ulduzların adlarını çəkmək olar.

Trendə çevrilmiş hamam başmaqları artıq idman brendlərinin kolleksiyalarının bir hissəsi olmaqdan çoxdan çıxıb. Moda evləri hamam başmaqlarını çox orijinal tərzdə təqdim edib. Dizaynerlər burada da fantaziyalarını məhdudlaşdırmayıb və onları rəngbərəng lələklər, muncuqlar, incilər, kristallar və lentlərlə bəzəyib. Lakin xüsusi qeyd etmək lazımdır ki, “Puma”, “Adidas” və “Nike”ın məşhur ağ-qara zolaqlı və "quş” işarələri standart modelləri hələ də ən çox tələb olunan yay məhsullarıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm