Prezident xanımı qüsursuz obrazı ilə modapərəstləri özünə heyran qoydu - FOTO
Bizi izləyin

Dəb

Prezident xanımı qüsursuz obrazı ilə modapərəstləri özünə heyran qoydu - FOTO

Dünyanın yarısı ABŞ prezidenti Donald Trampın qalmaqallı tvitlərini müzkairə edir, digər yarısə isə onun xanımı Melaniya Trampın qüsursuz obrazlarını izləyir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, özünəməxsus tərzi ilə stil ikonası adını qazanan birinci xanım yeni çıxışları ilə modapərəstləri təəccübləndirməyə davam edir.

Dünən ABŞ prezidenti xanımı ilə Ağ evdə Cənubi Koreya dövlət başçısı Mun Çje İnanı və onun həyat yoldaşı Cim Consuku qarşılayıb. Diplomatik görüş üçün Melaniya Tramp mürəkkəb kəsimləri ilə məşhur olan fransız dizayneri Rolan Murenin hazırladığı incə çalarlı kostyum seçib. Dəb jurnalları bu dəstin lediyə çox yaraşdığını yazıb. Ətəyinin hər iki tərəfindən olan yarıqlar Melaniyanın biçimli ayaqlarını gözəl vurğulayıb. Lakonik paltarı birinci xanımı bej çalarlı klassik “Christian Louboutin” stilettoları ilə tamamlayıb.

Şübhəsiz ki, bu, onun ən uğurlu obrazı olub və təsir bağışlayan çıxışlarından biri kimi moda tarixinə düşüb.

Yeri gəlmişkən qeyd edək ki, Rolan Muranın dəstinin dəyəri 2 300 dollardır. “Christian Louboutin”dən olan bej dikdabanların qiyməti isə 700 dollardan başlayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm