Prezident xanımı qırmızıya büründü - FOTO
Bizi izləyin

Dəb

Prezident xanımı qırmızıya büründü - FOTO

Dünyanın ən yaxşı geyinən prezident xanımlarından biri kimi tanınan Melaniya Tramp bu dəfə qırmızı dəsti ilə göz oxşayıb.

Publika.az xəbər verir ki, Melaniya Tramp Hamburqda G20 sammiti bitdikdən sonra həyat yoldaşı ilə birgə Parisə yollanıb. ABŞ prezidenti təyyarədən enən kimi işgüzar görüşə gedib, birinci xanım isə Fransada Nekker uşaq hospitalını ziyarət edib.

Tibb müəssisəsinə ziyarət Melaniyanın Fransaya ikigünlük səfər proqramında ilk tədbiri olub. Görüş zamanı Melaniya xəstəxananın rəhbəri və əməkdaşları ilə söhbət edib, həmçinin balaca pasientlərlə də tanış olub.

ABŞ-ın birinci ledisi səfər üçün Fransanın məşhur “Christian Dior” moda evindən qırmızı kostyum seçib. O, dəsti qırmızı zamja stilettolarla tamamlayıb.

Sabah isə Melaniya və Donald Bastiliyanın alınması günü münasibətilə keçirilən şənliklərində iştirak edəcəklər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm