Rahat geyinməyi sevən modapərəstlər üçün ayaqqabı trendi - FOTO
Bizi izləyin

Dəb

Rahat geyinməyi sevən modapərəstlər üçün ayaqqabı trendi - FOTO

Yayda hamımız rahat geyimlərə üstünlük verir, eyni zamanda gözəl və qamətli görünmək istəyirik. Dikdaban bosonojkaların hər bir xanımı seksual göstərmək gücünə malik olduğu danılmaz faktdır. Lakin onlar gündəlik üçün əlverişli deyil. Üstəlik narahat dikdabanlarda uzun müddət gəzmək ayaqlar üçün zərərlidir. Bu, varikoz və ayaq şişməsinə gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, dizaynerlər narahat stiletto və bosonojkaları yayda platforma səndəllərə dəyişməyi tövsiyə edir. Bu ayaqqabı modelini bir çox moda evlərinin yaz-yay kolleksiyalarından əldə etmək olar.

Dəb ustaları onları zolaqlar, çiçəklər, metal bəzəklər, hətta daş-qaşla bəzəyərək həyatın istənilən halları üçün platforma səndəllər təklif edib. Məsələn, idman, futurizm, münasib ofis, hətta axşam variantları var. Əgər platforma həddən artıq hündür deyilsə, siz onunla səhərdən axşama qədər şəhərin küçələrində və ya sahildə heç bir ağrı hiss etmədən rahatlıqla gəzə biləcəksiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm