Mövsümün təkrəng tendensiyası - FOTO
Bizi izləyin

Dəb

Mövsümün təkrəng tendensiyası - FOTO

Çəhrayı, yaşıl, sarı və onun kimi parlaq rəngləri bir dəstdə geyinmək kifayət qədər təhlükəli dəb oyunudur. Amma başdan-ayağa ürəyinizcə olan bir rəngə bürünmək sizi daha yadda qalan edəcək, üstəlik monoluk (təkrəng) mövsümün ən dəbli tendensiyasıdır.

Publika.az xəbər verir ki, klassik dəstlər artıq bir neçə ildir ki, aktuallığını qoruyub saxlayır. Bu ilin ən uğurlu variantı isə daha parlaq kostyumlardır. Amal Kluni, Keyt Middlton, Bricit Makron, Melaniya Trapm, Viktoriya Bekhem, Tilda Suinton və başqaları belə geyimlərin ən böyük pərəstişkarlarıdır. Bej stilettolar belə ansamblların ideal tamamlayıcısı hesab olunur.

Əlbəttə ki, monoluka başqa kontrast rəngli ayaqqabılar əlavə etmək olar. Viktoriya Bekhem və Heyli Bolduin bunu öz dəstlərində məharətlə tətbiq edirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm