37 yaşı tamam olan ulduzun UNUDULMAYAN ziyafət libasları - FOTO
Bizi izləyin

Dəb

37 yaşı tamam olan ulduzun UNUDULMAYAN ziyafət libasları - FOTO

Bu gün əslən özbəkistanlı olan rusiyalı aktrisa Ravşana Kurkovanın 37 yaşı tamam olur.

Ravşana Kurkova (qızlıq soyadı Matçanova) 1980-ci il avqustun 22-də Daşkənddə, aktyor ailəsində anadan olub. Onun atası Bəhram Matçanov "İlhom" teatrında aktyor, anası Rano Kubaeva isə kinoaktrisa və rejissor idi. Dayısı Rauf Kubaev rejissor və ssenarist olub.

Ravşana uşaqlıda balerina olmaq istəyirdi, lakin boyu balerina üçün hündür olduğundan, onu o zamanlar bütün Orta Asiyada ən nüfuzlu musiqi məktəblərindən biri olan, Daşkənddəki Uspenski adına musiqi məktəbinə qoyublar.

1992-ci ildə, 12 yaşında ikən "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş "Qıjıların sirri" filmində çəkilib.

Bir müddət sonra Ravşananın valideynləri ayrılır və o, anası ilə birlikdə Moskvaya köçüb. Burada o, musiqi məktəbinə daxil olaraq fortepiano və vokal dərsləri alıb. Sonralar London Universitetinin filialı olan liseyə daxil olub. Liseyi bitirdikdən sonra Rusiyada qalmaq qərarına gəlir və Moskva Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra qrimçi köməkçisi, rejissor köməkçisi və tok-şou redaktoru işləyib.

Sonralar özünü model kimi sınayan Ravşana Kurkovanı “Machete” klipində rol alan adi bir qız kimi tanıyırdılar. İndi isə o, zəmanəmizin ən çox tələb olunan model və aktrisalarından biridir. Və onun ali təhsilinin olmaması ona bu yolda uğur qazanmasına olmağa mane olmayıb.

Lakin ona gənclər arasında sevilən “Barvixa” teleserialı daha böyük şöhrət gətirib. R.Kurkova "Ölü qız", "Analar", "Məhəbbət haqqında", "Lazımsız adamlar adası", "Kənarda dayanıram" və s. film və seriallarda rol alıb.

Şəxsi həyatı

2004-ci ildən 2008-ci ilədək aktyor Artyom Tkaçenko ilə nikahda olub.

Dörd il aktrisa "Qlavkino" nun baş direktoru İlya Baçurina ilə faktiki nikah münasibətlərinə daxil olub. 2016-ci ilin mayında isə Kurkova münasibətlərin pozulması rəsmən elan edib.
2017-ci ilin avqustunda Kurkova özündən 11 yaş kiçik olan aktyor və kaskadyor Stanislav Rumyançevlə evlənib. Cütlük 2016-ci ildə baş rolda oynadıqları "Qara rus" tamaşası zamanı tanış olub.

Publika.az aktrisanın 37 yaşı tamam olması münasibətilə qırmızı xalçada ən çox diqqət çəkən ziyafət libaslarını xatırlayıb.

Bənzərsiz zahiri görkəmi və incə bədən quruluşu sayəsində Ravşana istər qısa ətəklə və şortlarda, istər cins şalvarlarda, istərsə də, uzun libaslarda ideal görünür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm