“Skelet kimi” modellər tarixə qovuşacaq: Məşhur markalar arıqlardan imtina edir
Bizi izləyin

Dəb

“Skelet kimi” modellər tarixə qovuşacaq: Məşhur markalar arıqlardan imtina edir

Fransanın “Kerinq” və “LVMH” adlı iki böyük moda şirkəti izləyicilərin çoxsaylı tənqidlərinə cavab verib.

Publika.az xəbər verir ki, şirkətlər artıq çox arıq olan modellərlə işləməyəcək.

Özündə “Christian Dior”, “Givenchy”, “Gucci”, “Saint Laurent”, “Alexander McQueen”, “Stella McCartney”, “Marc Jacobs” kimi markaları birləşdirən şirkətlər ölçüsü 34-dən aşağı olan modelləri işə götürməyəcək.

Şirkətlərdən verilən açıqlamaya görə, onlar bu addımı modellərin sağlamlıqlarını qorumaq və qarantiyə almaq məqsədilə atıblar. Şirkətlər eyni zamanda, 16 yaşdan kiçik olan modelləri də podyuma çıxarmayacaqlar.

Fransa hökuməti daha öncə modellərin səhhəti, çəkisi və yaşı ilə bağlı qanun layihəsi qəbul etsə də, moda şirkətlərinin bu addımı daha faydalı olaraq qəbul edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm