Türkiyəli dizayner London Moda Həftəsini fəth etdi - FOTO
Bizi izləyin

Dəb

Türkiyəli dizayner London Moda Həftəsini fəth etdi - FOTO

London moda həftəsində Türkiyənin məşhur “Erdem” moda evinin 2018 yaz-yay kolleksiysı nümayiş olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, moda evinin dizayneri Erdem Moralioğlu yeni kolleksiyasında Britaniya monarxiyasına sevgini ifadə etməyin yolunu tapıb.

O, yarım il boyunca Kral kolleksiyasının dekorativ sənətlər bölməsinin böyük kuratoru Karaolin de Quto və kraliçanın geyimlərini son dərəcə dəqiqliklə öyrənib. Bundan sonra dizayner seçimini 1950-ci illərin dəbi üzərində dayandırıb və II Yelizaveta afro-amerikan mədəniyyətinə meyl edib.

Erdem aşkar edib ki, kraliça cazı xoşlayır və cavanlıqda onun sədaları altında rəqs etməyi sevib. Qəbullardan birində, 1958-ci ildə kraliça məşhur Amerika cazmeni Dyukom Ellinqtonomla tanış olub, hansı ki, sonra ona “Queen's Suite” mahnısını həsr edib. Bu kompozisiya cəmi iki nüsxədə çıxıb, biri Yelizavetada saxlanılır, ikinci isə 2012-ci ildə itirilib. “Erdem”in kolleksiyası da elə bu tarixçənin üzərində hazırlanıb.

Dəb ustasının yeni kolleksiyasında boz rəng və tvid parçalar üstünlük təşkil edir, bununla belə o, yaşıl və bənövşəyi kimi əlvan rənglərdən tamamilə imtina etməyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm