İtalyan moda evindən RADİKAL QƏRAR - FOTO
Bizi izləyin

Dəb

İtalyan moda evindən RADİKAL QƏRAR - FOTO

“Gucci” moda evinin icraçı direktoru Marko Bizzarri rəsmən bəyan edib ki, italyan brendi gələn yaz mövsümündən etibarən təbii xəz istifadəsindən imtina edəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Gucci”nin bu qərarını ABŞ heyvanları müdafiə cəmiyyəti və “Fur Free Alliance” təşkilatı da dəstəkləyib.

Lakin qeyd etmək laızmdır ki, “Gucci”nin bu addımı moda dünyası üçün gözlənilməz olub. Belə ki, adıçəkilən brend kolleksiyalarında xəzdən geniş istifadfə edir.

Məsələn, su samurundan hazırlanan şubalar, həmçinin ilan dərisindən hazırlanan içi tüklü loferlər moda evinin vizit kartıdır.

“Gucci”yə məxsus olan “Kering” şirkəti isə çoxdan təbiətin mühafizəsinə qalxıb. Son 10 ildə “Kering” brendləri humanitar səbəblərdən daha çox süni dəri və sintetik materiallar istifadə edirlər.

Belə çıxır ki, Alessandro Mikele yaz kolleksiyasından gözəl kürklərini çıxarmaq lazım gələcək? Təəssüf ki, bəli. Amma planetin xilası naminə bu addımı atmağa dəyər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm