Payız trendi: Vodolazkalarınızı qızılı və metal çokerlə tamamlayın - FOTO
Bizi izləyin

Dəb

Payız trendi: Vodolazkalarınızı qızılı və metal çokerlə tamamlayın - FOTO

Atlas və məxməri qara çokerləri unudun getsin. Çünki klassik çokerləri çılpaq boyuna taxmaq çoxdan öz aktuallığını itirib.

Publika.az xəbər verir ki, onların yerinə çokerləri vodolazka ilə birləşdirmək dəbə minib.

Vodolazkaların zümrüd yaşılı, zoğalı, boz, ağ, qara, sarı və başqa rənglərdə olmasının əhəmiyyəti yoxdur. Lakin yadda saxlayın ki, qızılı və irihəcmli boyunbağılar qalın yun köynəklərin fonunda daha effektli görünür.

İnstaqramın ən qibtə ediləsi blogerləri arasında da bu trendin pərəstişkalarına rast gəlmək olar. Odur ki, siz də mövsüm trendlərindən kənarda qalmayın. Bu payız qeyri-adi kombinasiyaları snaqdan keçirmək üçün əla fürsətdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm