Bir gündə 7 paltar dəyişdirən aktrisanın MÖHTƏŞƏM ÇIXIŞLARI - FOTO
Bizi izləyin

Dəb

Bir gündə 7 paltar dəyişdirən aktrisanın MÖHTƏŞƏM ÇIXIŞLARI - FOTO

30 yaşlı Bleyk Layvli “Yalnız səni görürəm" (All I See Is You) filminin təqdimat mərasimləri üçün seçdiyi libasları ilə diqqət çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kino ulduzu filmin tədimatı üçün bir çox bir çox tok-şoularda iştirak edib. Bleyk mətbuat konfransına da əsaslı surətdə hazırlanıb.

Dünən gün ərzində yeddi dəst dəyişərən Bleyk tamaşaçılara müxtəlif geyim tərzlərini nümayiş etdirib. Onun 70-ci illərin üslubunda olan ilk dəsti “Brandon Maxwell” brendinə aiddir.

Qəliz printli ağ ziyafət libası ilə qaz ayağı naxışlı dəsti isə “Oscar de la Renta” moda evinə aiddir.

Dəb dünyasında stil ikonası kimi tanınan ulduz gün ərzində pərəstişkarlarını fərqli geyim dəstləri ilə təəccübləndirməyə davam edib. Beləki Bleykin növbəti seçimi “Ralph Lauren” brendinən olan dama-dama kostyumu olub.

Günortadan sonra isə Bleyk tünd göy donda görünüb. Aktrisa bu libasını “Christian Louboutin”dən olan güllü çəkmələri ilə birləşdirib.

Axşama doğru Bleyk payetli "basketbol" köynəyi tünd göy və geniş şalvar geyinib. O, bu obrazını qırmızı palto və dikdabanlarla ilə tamamlayıb. O, bu dəsti ilə modapərəstlərin qəlbini bir daha fəth edib.

Möhtəşəm final: Gərgin iş qrafikinin sonunda Bleyk “Chanel”dən gümüşü paltarı geyinib. Aktrisa makiyajda yumşaq dalğalara və sadə hörüyə üstünlük verib, üzündə isə minimum makiyaj istifadə edilib.

Bir gün ərzində yeddi dəst dəyişdirən Bleuk Layvli tamamilə bir-birlərinə oxşamayan obrazlar seçib və heç bir dəb xətasına yol verməyib. Moda tənqidçiləri hesab edirlər ki, onun yeddi dəstinin yeddisi də uğurlu olub.

Xatırladaq ki, aktrisa təkcə yeni filmimə görə deyil, Harvi Vaynşteynlə baş verən təcavüz qalmaqalına görə də diqqət mərkəzindədir. Ulduzun sözlərinə görə, məşhur rejissor ona xoşagəlməz ifadələr deyib və təkliflər edib:

“Bir dəfə mən gecə çəkilişlərində yerimdə yatmışdım, yuxudan oyananda gördüm ki, o kamera qarşısında dayanıb məni çəkir. Əynimdə paltarlarım var idi, amma bu, onsuz da dəhşətli idi”.

Bleyk onu da vurğulayıb ki, prodüserlər onun ittihamlarından ciddi dərs çıxarmalıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm