Dəb
Yaraşığı və geyimi ilə instaqramın ULDUZUNA ÇEVRİLƏN TBİLİSİ MERİ - FOTOLAR
Xəbər verdiyimiz kimi, Kaxa Kaladze 22 oktyabrda Tibilisinin yeni meri seçilib. O, yarışığı və geyim stili sayəsində instaqranmın əsas ulduzuna çevrilib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Gürcüstan baş nazirinin müavini, keçmiş energetika naziri və vaxtı ilə “Milan” klubunun müdafiəçisi olan Kaxa Kaladze təkcə öz ölkəsinin deyil, dünyanın ən zövqlü siyasətçisi seçilib.
Dəb tənqidçiləri güman edir ki, merin keçmiş futbolçu karyerası onun həm həyatında, həm də stilinin dəyişməsində əhəmiyyətli rolu oynayıb. Əbəs yerə deyil ki, K.Kaladze keçən il “GQ” jurnalının keçirdiyi sorğuda 50 ən dəbli siyasətçi siyahısına daxil edilib.
Gürcü siyasət xadimi parlaq rənglər və naxışlarla oynamaqdan, həmçinin müxtəlif üslubları qarışdırmaqdan qorxmur. Onun qarderobunda obrazına zənginlik bəxş edən müxtəlif bəzək əşyaları, şərflər, saatlar və papaqlara rast gəlmək olar. Kaxe Kaladze əsl italyanlara xas olan sprezzatura (rahatlıq, səliqəsizlik, dağınıq, məsuliyyət) geyim fəlsəfəsinin tərəfdardır.
Onu da qeyd etmək lazımdır ki, Tbilisinin 39 yaşlı yeni meri Kaladze geyim seçimində çox vaxt həyat yoldaşı Anuki Areşidzeyə müraciət edir. Axı onun xanımı Gürcüstanın məşhur dizaynerdir.
Aytən
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL