Dəb
Milli geyim dəfiləsi Göyçayda Nar festivalının bəzəyi oldu - FOTO
Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin dəfiləsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Göyçay İcra Hakimiyyətinin Göyçayda birgə təşkil etdiyi XII Nar festivalının parlaq bəzəyinə çevrilib.
Publika.az xəbər verir ki, dəfilədə daha əvvəl müxtəlif beynəlxalq tədbirlərdə təqdim olunmuş geyimlər nümayiş etdirilib.
Kolleksiyanın nümayişində “Venera” agentliyinin (rəhbəri Syama Həsənova) modelləri iştirak ediblər. Modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova təşkilatçılara öz minnətdarlığını bildirib, festivalın yüksək səviyyədə keçirildiyini vurğulayıb.
Nar unikal bəhrədir, Azərbaycan isə dünyada narın bütün çeşidlərinin yetişdiyi yeganə ölkədir. Parlaq şirəli məhsul çoxdandır Azərbaycanın da dəyişməz rəmzinə çevrilib. Ona şeirlər və mahnılar qoşurlar, himnlər həsr edirlər. Azərbaycanda narı meyvələrin kralı adlandırırlar. Göyçay Azərbaycanın nar paytaxtı hesab olunur. İki gün davam edən festivalda qonaqlara rəngarəng proqram, musiqi, rəqs və folklor kollektivlərinin çıxışı təqdim edilib, yarmarka və sərgi keçirilib, müxtəlif əyləncəli tədbirlər və müsabiqələr, region üzrə ekskursiyalar təşkil olunub.
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?