Məşhurların hər gün eyni paltar geyinməsinin 4 SİRRİ - - FOTO
Bizi izləyin

Dəb

Məşhurların hər gün eyni paltar geyinməsinin 4 SİRRİ - - FOTO

Mark Zukerberq, Stiv Cobs kimi bir çox məşhur insanın hər gün eyni və ya oxşar növdə paltar geyinməsi çoxlarının, xüsusilə, uğur qazanmaq istəyənlərin diqqətini çəkib.

Publika.az modanın geniş yayıldığı bir dövrdə ağıllı insanların eyni paltarları üstün tutmasının səbəblərini təqdim edir.

1. Zaman qazanmaq

Bir neçə gün eyni paltarı geyinməyi qərarlaşdırmaq “bu gün nə geyinsəm” sualını və onunla birlikdə gələn bir neçə problemin qarşısını alır. Çox insan gün ərzində geyinəcəyi geyimlərin seçimlərində dəqiqələrlə vaxt itirir və stress yaşayır. Ağıllı insanlar isə bu problemlərdən imtina etməyin yolunu eyni paltarlardan istifadə etməkdə görür.

2. Daha az stress

Günün başlanğıcında seçdiklərimizi geyinsək belə, gün içində özümüzü narahat hiss edirik. Seçim və qərarsızlıq qarşısında qalmaq bizi daha çox stressə salır. Ancaq bizə güvən verən bir növ və eyni tərz paltarlar bizi bu ağır yükdən xilas edir. Ona görə də ağıllı insanlar, adətən, eyni növ və ya eyni rəng geyimlərdən istifadə edir.

3. İsrafın qarşısını almaq

Hazırda moda və bolluq zəmanəsində yaşayırıq. Buna görə də aldığımız bir geyimi uyğunlaşdırmaq üçün başqa əşyalar da almalı oluruq. Lakin bir müddət sonra bu əşyalar istifadəsiz qalır. Həm dolabda artıq yer tutur, həm də büdcəmizə ziyan vurur. Ağıllı insanlar isə bu kimi artıq problemlər yaşamamaq üçün uzun müddət eyni əşyalardan istifadə edirlər.

4. Önəmli olan geyimin içindəkidir!

Əslində ağıllı insanların hər gün eyni paltar geyinməsində bir mesaj var. Dünyanın ən bahalı geyimlərini də geyinsək, bizim dəyərimizi göstərən şeylər zəkamız, xarakterimiz və ortaya qoyduğumuz işlərdir. Hazırda tanıdığımız çox insan dünyanın ən bahalı geyimlərini almağa qadir olsalar da, eyni paltarlardan istifadə edirlər. Bunun yeganə səbəbi isə odur ki, onlar görünüşlə deyil, geyimin içindəki insanın dəyəri ilə maraqlanırlar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm