Birinci ledi bayram tədbirinə çox sadə geyimdə gəldi - FOTO
Bizi izləyin

Dəb

Birinci ledi bayram tədbirinə çox sadə geyimdə gəldi - FOTO

Amerikanın dəbli geyinməyi sevən birinci ledisi bu dəfə ucuz tərzi ilə gündəmə gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Şükranlıq gününün birinci hissəsi Floridada sahil mühafizəsinin bazasında keçirilib. Donald Tramp Şükranlıq gününü ailəsi ilə Ağ evdə qeyd etməyib. Əvvəlcə prezident həyat yoldaşı ilə Floridanın sahil mühafizəsinin bazasına səfər edib, daha sonra isə şəhərcikdəki malikanələrinə yollanıblar.

Bayram paltarı əvəzinə Melaniya Tramp rahat tərz seçib: Kepka, qara şalvar və “J. Crew” moda evindən 75 dollarlıq damalı soroçka. Birinci ledi sevdiyi dikdabanlarını isə kedlərlə əvəzləyib.

Melaniya demokratik brendlərin məhsullarındən məharətlə istifadə edir. Məsələn, birinci xanım bir neçə gün əvvəl 3000 dollarlıq paltosu ilə gündəm yaratmışdı. Şükranlıq günündə isə o, bir daha sübut edib ki, həm lüks, həm də demokratik brendlərin paltarları onun əynində eyni dərəcədə effektli görünür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm