Putinin kürsüsünə göz dikən məşhur aparıcının TƏMTƏRAQLI GEYİM STİLLƏRİ - FOTO
Bizi izləyin

Dəb

Putinin kürsüsünə göz dikən məşhur aparıcının TƏMTƏRAQLI GEYİM STİLLƏRİ - FOTO

Xəbər verdiyimiz kimi, bir ay əvvəl teleaparıcı və “Lofficiel” jurnalının baş redaktoru Kseniya Sobçak 2018-ci ildə prezident seçkilərində iştirak edəcəyini elan edib. Bu günə qədərsə Kseniya daha çox qalmaqallı açıqlamaları və təmtəraqlı geyimləri ilə gündəmə gəlirdi. Odur ki, biz bu yazıda oxucuları aparıcının geyim stili ilə tanış etməyə qərar verdik.

Əlbəttə ki, Kseniya fəaliyyətinin ilk illərdə gözəl və zövqlə geyinməyi indiki kimi bacarmırdı. Bununla belə o, zamanla öz üzərində çalışaraq stilini müsbətə doğru dəyişməyə, hətta stil ikonası statusunu almağa müvəffəq oldu.

Publika.az xəbər verir ki, jurnalda çalışması, o cümlədən Rusiyanın stil ikonası statusu 36 yaşlı aparıcını məcbur edir ki, hər yeni çıxan trendləri izləsin, müntəzəm olaraq eksperimentlər etsin. Lakin prezidentliyə namizədliyini açıqlayan aparıcı son vaxtlar eksperimentlərdən qaçır. O, özündə klassikanı və müasir tendensiyaları ideal şəkildə birləşdirən kostyumlara, həmçinin yığcam geyimlərə və sadə stilettolara üstünlük verir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, belə üslub Kseniyaya çox yaraşır, onun hazırkı saç və makiyajı ilə çox gözəl uzlaşır.

Bundan başqa Kseniya obrazlarında aksessuarların sayını da minimuma endirib, bununla belə eynək, ciddi formalı kiçik çanta və minimalist zinət əşyaları dəyişməz olaraq qalıb.

Prezidentliyə iddialı olan Kseniya parlaq rənglərdən də qaçır. Bizim yazının qəhrəmanının bugünkü qarderobunun əsasını siyasətçilərin üslubuna xas olan klassik boz, qara, ağ və göy rənglər təşkil edir.

Şübhəsiz ki, bütün bu dəyişikliklər Kseniyanın siyasi karyerasına hesablanır, onu da etiraf etmək lazımdır ki, o, təmkinli geyinsə də, darıxdırıcı görünmür.

Qeyd edək ki, Kseniya Sobçak Rusiya prezidenti Vladimir Putini siyasətə gətirən Sankt-Peterburq şəhərinin keçmiş meri Anatoli Sobçakın qızıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm