Tuba Büyüküstün dəbdəbəli görünüşü ilə ƏRƏBLƏRİ HEYRAN QOYDU - FOTO
Bizi izləyin

Dəb

Tuba Büyüküstün dəbdəbəli görünüşü ilə ƏRƏBLƏRİ HEYRAN QOYDU - FOTO

Tuba Büyüküstün 14-cü Dubay Film Festivalında ərəblərin qəlbini bir daha fəth edib.

Publika.az xəbər verir ki, son vaxtlarda boşanması və özündən gənc sevgilisi ilə tez-tez gündəmə gələn türkiyəli ulduz 14-cü Dubay Film Festivalında iştirak edib. O, festivalın əsas ulduzlarından biri olub. Ərəb ölkələrində çoxlu pərəstişkarları olan Tuba Büyüküstün qırmızı xalçada poza verib.

Hollivudun tanınmış sənətçilərinin də iştirak etdiyi tədbirə 35 yaşlı Tuba Büyüküstün xüsusi hazırlıq görüb. O, festivalın birinci günü üçün qara məxmər parçadan uzun və dərin sinə dekolteli libas seçib. Geyimin qiyməti 30 min TL-dir (təxminən 15 min manat). Obrazını dəyəri 300 min TL (təxminən 150 min manat) olan sapfir və brilyant qaşlı çokerlə tamamlayıb.

İkinci gün də uzun ziyafət libasına üstünlük verən ulduz bu dəfə parıltılı boz rəng üzərində dayanıb. Sadəliyi sevən məşhur makiyajdan minimum istifadə edib.

Aktrisanın libaslarının hər ikisini "Tuvanam" moda evindən, zinət əşyaları isə “Kafkas jewellery” mağazasından olub.

Onu da qeyd edək ki, sevgilisi Umut Evirgen aktrisanı festivalda tək qoymayıb. İş adamı da Tuba ilə birlikdə Dubaya yollanıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm