2018-ci ildə dəbli görünməyin 9 QAYDASI - FOTO
Bizi izləyin

Dəb

2018-ci ildə dəbli görünməyin 9 QAYDASI - FOTO

Moda indi tendensiyalar istiqamətində deyil, alıcıların istəyinə və zövqünə uyğun inkişaf edir, eləcə də o daha geniş auditoriya üçün nəzərdə tutulub. Bütün dövrlərin trendlərinin, hətta dəbdən düşən fasonların hamısının son bir neçə ildə eyni dərəcədə aktual olması bir daha göstərir ki, xanımlar sadəcə bir dəbin ardınca getməyin tərəfdarı deyil. Odur ki, hər moda brendi öz dəb cərəyanlarını təqdim edir və bu, modapərəstlərə geniş imkan verir ki, hər kəs öz individual üslubunu yaratsın.

Publika.az bu yazıda oxucuları mövsüm trendləri sayəsində 2018-ci ildə dəbli olmağın bir neçə qaydası ilə tanış edib.

Açıq rənglər

Ağ yaz-yay mövsümünün rəngidir və yəqin ki, bunu çoxunuz bilirsiniz. Lakin stilistlər deyir ki, qış mövsümündə də açıq rənglərə üstünlük vermək olar. Soyuq havalarda ağ rəngdən qorxmaq lazım deyil, seçilmək arzunuz varsa, cəsarətli olun.

Aksessuarları eksperimentdən keçirin

2018-ci il modapərəstlərə bütün obrazın tonunu dəyişdirən xüsusi aksessuarlara diqqət göstərməyi təklif edir. Bu, qeyri-adi sırğa, boyunbağı, hətta döşəməyə qədər uzanan kəmər ola bilər.

Rəng trendlərini diqqətdən kənar qoymayın

Картинки по запросу lavanda color street style

Xəbər verdiyimiz kimi, “Pantone” rəng institutunun versiyasına görə, 2018-ci ilin əsas rəngi bənövşəyi və onun müxtəlif çalarları olacaq. Moda nümayişlərində də lavanda rəngli libasları çox gördük. Odur ki, alış-veriş zamanı qara şalvar, qara bluz, qara stiletto və qara çanta əvəzinə, onların bənövşəyi versiyalarına yönəlin. Əmin olun ki, bu qayda sizə mövsümün ən dəblisi olmağa vəd verir.

Ofis dress-koduna yenilik gətirin

2018-ci ildə işgüzar xanımların ofis stilləri sıxıcı görünməməlidir. Əlbəttə ki, parçası, tikişi, kəsimi, biçimi əla olmalı, əyninizdə yaxşı oturmalı və onda özünüzü rahat hiss etməlisiniz. Ancaq seçdiyiniz kostyum individuallığınızı da ifadə etməlidir.

Kostyumu klassik dikdabanlarla uyğunlaşdırmaq yerinə idman ayaqqabıları ilə geyinin. Bu zaman obrazınız həm rahat, həm çox maraqlı, həm də cəlbedici alınacaq. Başqa sözlə desək, insanlarının xoşuna gəlməyə çalışmayın, üslubunuzla ətrafa özünüz haqqında düzgün informasiya ötürün.

Şəffaflığın da bir həddi olmalıdır

Dəbdə olan şəffaf geyim trendi ilə ayaqlaşmağa çalışmaq gözəldir, ancaq ümumi görünüşün çox itələyici olmadığından əmin olmaq üçün evdən çıxanda güzgüyə diqqətlə baxın. Obraz şokedici yox, sadəcə cəsarətli təsir bağışlamalıdır.

Keyfiyyətli pencək alın

Bu, həqiqətən də tez həll edilməli problemdir. Pencək elə seçilməlidir ki, həm cins, həm klassik şalvar, həm yubka, həm donlarla, həm krosovkalar, həm də klassik dikdabanlarla əla görünsün. Bu il dama-dama və qazayağı naxışı olan pencəklər aktualdır. Onlar arasından zövqünüzə xitab edən birini seçin.

Aldğınız modelin əyninizə yaxşı oturduğundan, kifayət qədər universal olduğundan və onu istənilən havada geyinə biləcəyinizdən əmin olun.

Sizə yaraşanı geyinin

Картинки по запросу 2018 street style

Əlbəttə ki, trendlərin sizə və üslubunuza uyğun olması vacibdir. Odur ki, özünüzə yaraşanı seçin, dəbdə olan, amma xoşunuza gəlməyən geyimləri almaq məcburiyyətiniz yoxdur.

Köhnə geyimləri yeni dəbə uyğunlaşdırın

Картинки по запросу 2018 street style

Köhnə əşyaları tullamazdan əvvəl, yeni kombinlər düzəltməyə çalışın. Onları müvafiq yeni elementlərlə əvəz edin.

Yeni cins fasonları sınaqdan keçirin

Mağazalarda cins geyimlərin müxtəlifliyini nəzərə alsaq, sevimli dar cinslərinizdən imtina etməyə və ən qeyri-adi modelləri sınaqdan keçirməyə dəyər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm