Aktrisa qala gecəsində geyindiyi libası ilə DİQQƏT MƏRKƏZİNDƏ - FOTO
Bizi izləyin

Dəb

Aktrisa qala gecəsində geyindiyi libası ilə DİQQƏT MƏRKƏZİNDƏ - FOTO

Londonda “Qırmızı qarğa” filminin daha bir təqdimatında iştirak edən aktrisa Cennifer Lourensin növbəti çıxışı da olay olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kino ulduzu baş rolda çəkildiyi filmin premyerası üçün “Versace” moda evindən qara dərin yarıqlı və sinə dekolteli libas seçib. Aktrisanın bu obrazı həmkarı Elizabet Herlinin 1994-cü ildə “4 toy və bir yas” filminin qalasında geyindiyi yarığı sancaqlarla bağlanan paltarını xatırladıb. Cenniferin paltarında qızılı sancaq elementləri istifadə edilməsə də, ümumilikdə fason Elizabetin moda tarixində iz qoyan obrazına bənzərliyi ilə diqqət çəkib.

Paltarlar arasında oxşarlıq olsa da, Cenniferin seçimi moda mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.

Maraqlı bir faktı da qeyd edək ki, Elizabet 1994-cü ildə “4 toy və bir yas” filminin qalasında geyindiyi paltarı təsadüfən əldə edib. Məsələ ondadır ki, aktrisa onda “Versace” kimi markalardan bahalı paltarlar almağı özünə rəva bilməzdi. Bundan xəbər tutan dizayner aktrisaya paltarı hədiyyə göndərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm